Binə stadionunun süni ot örtüyü FİFA tərəfindən yenidən “Quality Pro” sertifikatına layiq görülüb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.
1-ci liqa təmsilçilərindən "Şəfa" və MOİK, 2-ci liqada isə "Dinamo" ev oyunlarını Binə stadionunda keçirəcək.