Prezident İlham Əliyev bu gün Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımızın üzləşdiyi ədalətsizliklərdən danışıb.
Dövlət başçısının bununla bağlı fikri:
“Maraqlıdı, bir qayda olaraq, Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına yox, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.