Bu gün yüksək liqada 18-ci turun oyunları keçirilib.
"Football-plus.az" xəbər verir ki, lider “Neftçi” “Şuşa”nın qapısından 28 cavabsız top keçirib.
Bu, cari mövsümdə qeydə alınan ən böyükhesablı qələbədi. Çempionatın bombardiri Allef Mayolli (35 top) və komanda yoldaşı Leonildo Rodrigues hərəyə 6 dəfə rəqib qapısına yol tapıblar.
Digər matçda “Baku Fire” gənclər yığmasından güclü olub – 10:3.
“Araz-Naxçıvan” 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” yarışdan çıxdığına görə, “qırmızı-ağlar”ın xal ehtiyatı artıb.
Hazırda “Neftçi” 49 xalla turnir cədvəlinə başçılıq edir.