• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Alı Ağayev: “Uşaqları pis vərdişlərdən qorumaqda idmanın rolu əvəzsizdi” – LAYİHƏ

İdman / Layihə / Manşet

11-02-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Növbəti yazımızda da diqqətlərimizi cənub bölgəsinə yönəltmişik. Hamımız bilirik ki, idmanla məşğul olmaq yeniyetmə və gənclərimizin təkcə sağlam bədənə sahib olması üçün vacib deyil. İdman həm də millətimizin gələcəyinə sağlam ruh bəxş edir. İdmanla məşğul olan uşaqlar pis vərdişlərdən uzaq olur, asudə vaxtını səmərəli keçirir. Bu mənada idman müəllimlərinin, məşqçilərin uşaqları düzgün istiqamətə yönəltməsi, onların sağlam həyat tərzi keçirməsinə yardımçı olması vacib məqamdı. Belə nəcib işlə məşğul olan idman mütəxəssislərindən biri də Alı Ağayevdi. Alı müəllim Lənkəranda uşaq və yeniyetmələrə güləşin sirlərini öyrədir.

Alı Ağayev: “Uşaqları pis vərdişlərdən qorumaqda idmanın rolu əvəzsizdi” – LAYİHƏ


- Alı müəllim, ilk sualda ənənəmizə sadiq qalaraq sizi oxucularımıza daha yaxından tanıtmağa çalışaq. Güləşə gəlişiniz necə oldu? İlk məşqçinizi və məşq etdiyiniz güləş məktəbini necə xatırlayırsız?
- Mən 1985-ci ildə Lənkəranın Kosalar kəndində anadan olmuşam. Güləşi sevməyə 10 yaşımdan başlamışam. Kəndimizdə güləşi bizə sevdirən Ədalət Mövsümov oldu. Ədalət müəllim bizə güləşi öz evində keçdiyi məşqlərdə öyrədirdi. Onun bu məşqlərindən güləşi sevməyə başladıq. Sonradan isə Lənkəran şəhərində yunan-Roma güləşi bölməsinə yollandıq. Məşqçimiz Vüqar Soltanov idi. Respublika səviyyəli bir çox yarışda Lənkəranı uğurla təmsil etmişəm. 2003-ci idə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinə daxil oldum, ixtisasım üzrə təhsil aldım. Tələbəlik illərində də milli komandanın tərkibində məşqlərimi davam etdirdim.

- Güləşlə bağlı məqsədiniz nə idi? Hansı hədəflərə çatmağı arzulayırdız?
- Əsas məqsədim daim birincilik qazanmaq, doğma Azərbaycanımızın bayrağını həmişə yüksəklərdə dalğalandırmaq olub. Təəssüf ki, çiynimdən ağır zədə aldım, ona görə də güləşməyə davam edə bilmədim. Amma bu zədə məni ruhdan sala, idmanda uzaqlaşdıra bilmədi. Öz qarşıma qoyduğum çempionluq hədəflərini məşqçiliyə daşıdım, istədim ki, öz bilik və bacarığımı uşaqlara öyrədim, onların yaxşı güləşçi olmasına çalışım. 2009-cu ildə Lənkəran şəhəri Uşaq və Gənclər İdman Məktəbində məşqçi kimi fəaliyyətə başladım. Bununla yanaşı, Lənkəranın Viyən kənd orta məktəbində idman müəllimi kimi işə başladım.



- Deməli, özünüzün zədə səbəbindən çata bilmədiyiniz zirvələrə yetirmələrinizi çatdırmağı hədəflədiz...
- Bəli, doğru qeyd etdiz. Sevinirəm ki, Lənkəranda yunan-Roma güləşini yüksək səviyyəyə çatdıra bildik. Yetirmələrimiz respublika səviyyəli yarışlarda sözünü deməyi bacardı. Ən nüfuzlu turnirlərdə güləşçilərimiz qalib və mükafatçılar sırasına düşdülər. 2018-ci ildən yunan-Roma güləşi üzrə Lənkəranda baş məşqçi işləyirəm. Tələbələrimiz dünya və Avropa çempionatlarında sözünü deməyi bacarır. Lənkəranda yunan-Roma güləşi üzrə Avropa çempionatından medalla dönən ilk idmançı Elmin Əliyev bizim yetirməmizdi. Elmin gürcüstanlı idmançı Giorgi Maxaradzeyə 6:2 hesabı ilə qalib gələrək Albaniyanın Tirana şəhərində keçirilən yeniyetmələr (U-17) arasında Avropa çempionatının bürünc medalını qazanıb.



- İndiki yeniyetmə və gənclərin idmana münasibəti, məşqlərə yanaşması necədi? İstedadlara güvənə bilərikmi?
- Lənkəranda güləşə maraq böyükdü. İş düzgün qurulunca valideynlərin də güləşə marağı, məşqçilərə inamı artır. Onlar həvəslə övladlarını güləş məşqlərinə gətirirlər. Mən 15 ildən artıqdı Lənkəranda məşqçilik edirəm. Demək olar ki, hamı məni tanıyır. Ona görə də valideynlər uşaqlarını bizə etibar edirlər. Nəticə də göz qabağındadı. Biz idmançılarımızı tərbiyəli, vətənpərvər ruhda böyüdürük. Ondan sonra güləşlə bağlı danışır, məşqlərimizi keçirik. Hazırda 150-dən çox tələbəmiz var. Həmin tələbələrimizlə Lənkəranda yerləşən “Sparta” idman klubunun məşq zalında məşğul oluruq.

- Tez-tez valideynlərlə ünsiyyətdə olursuz. Onlarla söhbətinizdə əsasən hansı məqamlara diqqət edirsiz?
- Valideynlərə sözüm o olur ki, uşaqlarını idmana qoysunlar, bu işdə gecikməsinlər. Çünki oğlan uşaqlarını pis vərdişlərdən qoruyan idmandı. Onların sağlam ruhda böyüməsində idmanın rolu böyükdü. Qarşımızda böyük hədəflər dayanır. Biz həmin hədəflərə yalnız valideynlərin dəstəyi ilə çata bilərik. Məşqçinin rolu ilə yanaşı, valideynin də bu işdə rolu böyükdü. Çünki valideynlər övladlarını daha yaxşı tanıyır, onlarla daha çox vaxt keçirmək imkanında olurlar. Məşq prosesimizlə bağlı məlumatları sosial şəbəkələrdə, “yutub” kanalımızda da yayınlayırıq. Valideynlər məşqlərimizlə daha yaxından tanış olmaq üçün həmin görüntüləri də izləyə bilərlər. Bununla da bizim uşaqlara yanaşmamızla, onlara güləşi necə sevdirməyimizlə, məşqləri necə keçməyimizlə ordan da məlumat almaq imkanı var.
AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

7-08-2022, 22:0

Fəridə Əzizova: “İdmanla məşğul olmağa həkim məsləhəti ilə başlamışam” - LAYİHƏ

İdman

4-06-2022, 20:0

Cüdo Federasiyasında narkomaniyaya qarşı kampaniya

İdman / Layihə / Manşet

4-02-2024, 23:0

Vüsal Qarayev: “Məşqçilik işi belədi ki, dərhal uğur əldə etmək, nəticə vermək çətindi” - LAYİHƏ

İdman / Layihə / Manşet

28-01-2024, 23:0

Əliabbas Rzazadə: “Astaradakı zalımız kiçik və şəraitsiz olsa da, həvəslə məşq edirdik” – LAYİHƏ

İdman / Layihə / Manşet

5-03-2023, 23:0

Sənan Süleymanov: “Sağlam həyat, sağlam gələcək üçün idmanla məşğul olmaq vacibdi” - LAYİHƏ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 252
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə