Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 ölkə çempionatı keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.
Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10.00-da başlanacaq.
Çempionatın proqramı:
29 yanvar
Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.
30 yanvar
Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.
31 yanvar
Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.
1 fevral
Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.