• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bununla bağlı hardasa heç bir klubda heç bir çalışma görmürəm" - Cemal Bülbül nədən narazıdı?

Ölkə futbolu / Manşet

24-01-2024, 20:0

Keyfiyyətli yerli futbolçuların yetişdirilməsi prosesində əsas yük akademiyaların üzərinə düşür.

“Qəbələ” və “Qarabağ” akademiyalarının rəsmiləri bu istiqamətdə hansı addımların atılmasının lazım olduğunu vurğulayıblar. İstədik ki, bu dəfə ölkənin ən köklü klublarından “Neftçi”də işin necə qurulduğunu öyrənək.

Görəsən, keyfiyyətli yerli oyunçuların yetişdirilməsi üçün akademiyalarda nə çatmır? Mütəxəssis çatışmazlığı, yoxsa infrastrukturun yaxşı səviyyədə olmaması buna təsir edir? Bu suallar ətrafında “Neftçi”nin akademiyasının direktoru Cemal Bülbüllə danışdıq:

“Futbolda ən önəmli üç təməl ünsürün olduğunu düşünürəm: akademiya, məşqçi, futbolçu. Təəssüf ki, bu üç amillə əlaqəli əskiklərimiz çoxdu. Futbol oynamaq üçün meydança tapmırıq. O qədər bərbad meydançalarda oynayırıq ki, torpaq üzərində oynasaq, daha faydalı olar. Çünki bu betonlaşmış meydançaların uşaqlarımıza verdiyi zərər indi görünməsə də, təəssüf ki, sonrakı illərdə zədə riski kimi qarşımıza çıxacaq. İstifadə olunan materialların keyfiyyətləri çox aşağıdı. Güc çalışmaları və özəl çalışmalar üçün yetərli şərait yoxdu. Bununla bağlı hardasa heç bir klubda heç bir çalışma görmürəm. Gündə saatyarım çalışmaqla elit səviyyədə peşəkar futbolçu yetişdirmək mümkünsüzdü. Heç bir klubumuzda akademiyanın daxilində bütün oyunçuların qalmasına imkan verən bina yoxdu. Oyunçuların nəzarət altında inkişafı yolunda ən önəmli ünsür budu. Təhsil sistemi Türkiyədəki ilə bənzərdi.

Uşaqlar səhər evdən çıxırlar, günün yarısına qədər məktəbdə olurlar, daha sonra məşqlərə gəlirlər, axşam evə dönüb sabah təkrar eyni prosesi davam etdirirlər. Oyunçuların bu müddətdə nə yedikləri, nə qədər dincəldikləri həmişə sual doğurur. Buna görə də zaman ayırdığımız çalışmaların yorğun və ac oyunçuya faydasından çox zərərinin olduğunu düşünürəm. Təbii ki, bu mövzu klublarımızı aşsa da, vacib bir məsələ olduğu qənaətindəyəm. Akademiyalardakı binalarımızla oyunçularımızın akademiyada keçirəcəyi keyfiyyətli vaxtı artırmalıyıq.

Başqa bir amil biz məşqçilərlə bağlıdı. Uşaqların gələcəyinə istiqamət verib, onların həyatına toxunuruq. Verdiyimiz dərslər uşaqların idman həyatı boyunca onlarla birlikdə davam edir. Bu səbəbdən məşqçilərin dərsləri çox önəmlidi. Minimum səhvlə dərs öyrətmək qarşıdakı illərdə fundamental şəkildə əskiksiz bir oyunçu qrupu yaratmaq deməkdi. Özəlliklə 13 və daha aşağı yaş qruplarında. Təəssüf ki, Azərbaycanda bir çox nəticəyə köklənmiş məşqçi qrupu görürəm.

Məşqçilərin akademiyalarda çalışma saatlarını artırmaq önəmlidi. Gördüyüm odu ki, Azərbaycanda bir çox çalışdırıcı məşqçiliklə bərabər başqa işlərlə də məşğul olur. Futbolu birinci iş kimi deyil, ikinci bir iş kimi görürlər. Bu da öz növbəsində işə yanaşma baxımından, təəssüf ki, günü yola vermək olur. Təbii ki, klubların məşqçi maaşlarıyla birlikdə verdikləri imkanları da artırmaları nəticəsində bəlli nisbətdə ikinci iş durumları azalacaq.

Beləliklə, klubların məşqçilərindən tələbləri də rahatlıqla artacaq. Ən böyük çatışmazlıq isə sahəsində ixtisaslaşmış mütəxəssislərin akademiyalarda iş görməməsidi.

İnkişaf edən texnologiya ilə və dəyişən oyun sürətiylə bərabər artıq Avropada oyunçular rəqiblərinə yer və vaxt tanımırlar. Dolayısıyla biz məşqçilərin futbolun dəyişən bütün parametrlərinə cavab verə bilməyimiz mümkün deyil. Bu dəyişikliklərə cavab vermək üçün fiziki performans, psixoloji performans, videotəhlil və dieta kimi bütün mövzuları əhatə edən peşəkar müəllimlərin akademiyada yer alması önəmlidi. “Neftçi” akademiyası olaraq, biz “Doğru Oyun” adı altında çalışmalarımızı davam etdiririk.

Müəyyənləşdirdiyimiz illik proqram çərçivəsində, həyata keçirilən sınaqların nəticəsində ortaq məşq çalışmaları hazırlayırıq. Bu məşqləri yük-təqib sistemiylə dəyərləndirməyə çalışırıq. Oyunçularımız üçün yaratdığımız “Oyunçu Hesabat Kartları” sayəsində ailələrlə keçirdiyimiz məlumatlandırma iclaslarında onlara övladları haqqında istər fiziki, istərsə də mövqelərinə xas fiziki və texniki xüsusiyyətlərini ətraflı şəkildə göstərə bilirik. Çətinlik dərəcəsi baxımından oynadığımız oyun sayı olduqca azdı. Bu səbəbdən mümkün qədər ölkə xaricində keçirilən turnirlərə qatılmağa çalışırıq.

Hədəflərimizdən biri də ölkə xaricindəki məşqçi seminarlarıdı. Danışıqlar apardığımız klublarda mübadilə proqramı ilə bağlı planımız var. Bu da inkişafa açıq olan məşqçilərimiz üçün təcrübə olacaq.

Başqa bir hədəfimiz də bölgələrlə qarşılıqlı əlaqələri artırmaq, həm oyunçu qazanmaq, həm də “Neftçi” sevgisini bütün Azərbaycana çatdırmaq və sosial problemləri səbəbindən futbolçu ola bilməyən uşaqları, gəncləri gələcəkdə bəlkə məşqçi, bəlkə həkim, bəlkə də idarəçi kimi akademiyamıza qazandırmaqdı. Sonda bir sözüm də analar va atalar üçündü. Səbr etmək, bu işin uzun bir marafon olduğunu unutmamaq lazımdı”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-01-2024, 14:0

“Klublarımızın akademiyalarının lazımi səviyyədə fəaliyyət göstərmədiyini düşünürəm”

Premyer-liqa / Manşet

16-01-2024, 21:0

“Avropa səviyyəli futbolçular istəyiriksə, hər klubun akademiyası olmalıdı”

Ölkə futbolu / Manşet

1-01-2024, 20:0

Tural Əsgərov: “Qarabağ” Aleksey İsayevi “Sabah”dan almağa çalışır”

Premyer-liqa

25-07-2022, 10:0

Yeni direktor "Neftçi"dəki hədəfindən danışdı - VİDEO

Premyer-liqa / Manşet

24-12-2023, 19:0

“Bunun öhdəsindən gələ biləcəyik”

Ölkə futbolu / Manşet

17-01-2024, 22:0

“Bir səbəb də odu ki, qol duyumunu məşq etdirməklə öyrədə bilməzsən” - Aslan Kərimov

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 137
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə