• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ramin Musayev yada düşəndə... – KÖŞƏ

Aktual / Yazarlar

22-12-2023, 17:0

Bir vaxtlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi “topa tuturdular”.

Onun dediyi hər kəlmə gündəmə çevrilir, xeyli müzakirə olunurdu. Yaxşı yadımdadı, futbol proqramlarınının birində çempionatımızdakı azarkeş problemindən danışılırdı. Həmin müzakirə zamanı Musayev paytaxtda tribunaların boş qalmasının, əvəzində rayonlarda anşlaq yaşanmasının səbəbini özünəməxsus izah etmişdi. Demişdi ki, rayonlarda əhalinin məşğulluq səviyyəsi aşağıdı, işsiz adam çoxdu, ona görə də həmin şəxslər rahatlıqla futbola gəlir, paytaxtda isə hamının işi-gücü olduğu üçün tribunalar boş qalır. Gündəmi uzun müddət Ramin bəyin bu sözləri məşğul etdi. Hətta onu təxribat törətməkdə, ictimai fikiri azdırmağa cəhd etməkdə, bölgələrin sosial-iqtisadi inkişafını görmək istəməməkdə günahlandırdılar...

Ramin bəyin bu sözlərini boş yerə xatırlamadım. Bazar ertəsi ölkə çempionatının prinsipial qarşılaşmalarından biri keçirilirdi. Avropa Liqasının qrup mərhələsini uğurla adlayan, ölkə futbolunun tarixində yeni səhifə yazan “Qarabağ” “Neftçi” ilə qarşılaşırdı. Özü də Suraxanıda, yaxud da Bakıxanov qəsəbəsindəki stadionda yox, şəhərin mərkəzində, ünlü referi Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda. Amma möhtəşəm stadionun tribunaları boş idi. Təkəm-seyrək futbolsevərdən, bir də “Qarabağ”la “Neftçi”nin fanklublarından başqa Respublika stadionuna üz tutan olmamışdı. Halbuki meydanda Azərbaycanının tarixi uğurları ilə öyünən iki klubu üz-üzə gəlirdi. Rəsmi protokola əsasən “Qarabağ”ın “Neftçi”ni 2:0 hesabıyla məğlub etdiyi qarşılaşmanı tribunalardan 2867 nəfər canlı izləyib. Üç aşağı, beş yuxarı, elə təxmini görüntü də bundan xəbər verirdi.

“Qarabağ” ötən həftə Avropa Liqasında oyun keçirdiyindən “Neftçi” ilə görüşün tarixi bir qədər də geri sürüşdülürmüşdü. İş gününə təsadüf edən mərkəzi qarşılaşmanı Peşəkar Futbol Liqası azarkeşləri düşünərək saat 20.00-a təyin etmişdi. Deməli, ən geci saat 18-00-da işdən, yaxud da dərsdən çıxan futbolsevərlər özlərini “Gənclik” metrosunun yaxınlığında yerləşən Respublika stadiona çatdıra bilərdilər. Qarşılaşmanın axşam saatlarında keçirilməsi iş və dərs kimi zəruri bəhanələri avtomatik aradan qaldırırdı. Mən xatırlayıram, tələbə vaxtı yağış-palçıq demədən, yarıqarnı ac, yarıqarnı da tox həmişə futbola tələsirdik. “Neftçi”nin “izi ilə” Sumqayıta, Buzovnaya qədər gedib çıxırdıq. Daha uzaqlara getməyə isə imkansızlıq mane olurdu. İndi həm insanların güzəranı, həm də nəqliyyat şəraiti o dövrdəkindən daha yaxşıdı. Deməli, “Qarabağ”la “Neftçi”nin azarkeşlərinin bu cür məsələlərlə bağlı problemi yoxdu.
Həftənin günlərinin də azarkeşlərin önünü kəsən ciddi problem olduğunu düşünmürəm. Avrokubok oyunları bu müzakirəni avtomatik qüvvədən salır. Elə “Neftçi”ylə görüşdən 4 gün əvvəl “Qarabağ” eyni məkanda “Həkken”i qəbul etmişdi. “Neftçi” ilə oyundan daha gec başlayan bu qarşılaşmada tribunalarda xeyli qələbəlik idi. Nəzərə alaq ki, “Qarabağ”ın rəqibi İsveçdən gəlmişdi, faktiki tribunalarda rəqibin azarkeşlərinin toplaşmasından söhbət gedə bilməz. “Qarabağ” – “Neftçi” görüşündə isə durum fərqlidi. Tribunalara həm “Qarabağ”ın, həm də ölkənin ən qocaman klubunun azarkeşləri təşrif buyurmuşdu. Belədə sayın hazırkı rəqəmdən xeyli çox olmasını gözləməyə dəyərdi. Təəssüf ki, acı reallıq bizi özünün sərt tərəfi ilə üz-üzə qoyur. Azərbaycanlı futbolsevərlər yerli çempionata da, “Qarabağ”la “Neftçi”nin rəqabətinə də laqeyddi. Onlar özlərinə əziyyət vermək, stadionun yolunu tutmaq, soyuq havada tribunada əyləşmək həvəsində deyillər.

“Neftçi”yə könül verənlərin dəlili o ola bilər ki, nəticələr ürəkaçan deyil. “Ağ-qaralar” “Qarabağ”a rəqabətdə uduzur, özü də turnir cədvəlinin ortalarında yer aldığından çempionluq mübarizəsinin içində yer almır. Atalarımız demişkən, əsl dost da dar gündə tanınar. Məhz belə çətin məqamlarda komandaya dəstək vermək, ona sahib çıxmaq lazımdı. Bununla da elə “Neftçi”nin futbolçuları oyuna daha məsuliyyətlə yanaşar, hansı komandanın formasını geydiklərini bir daha başa düşərlər. İndiki durumda elə futbolçulara da, klub rəhbərliyinə də, Mutunun başçılıq etdiyi məşqçilər korpusuna da sərf edən budu. Onlar azarkeş dəstəyinin, özlərinə münasibətdə isə həm də təzyiqin və tələbkarlığın azalmasını arzulayırlar. Turlar keçir, komanda uğursuz nəticələri sıralayır, müqavilə isə davam edir. Yəni pullar Mutunun hesabına yatır. Məşhur bir rus məsəlində deyildiyi kimi: əsgər yatır, xidmət isə öz axarıyla gedir.

İstənilən halda, həm “Qarabağ”, həm də “Neftçi” adına azarkeş laqeydliyi yaxşı hal deyil. Könül istərdi ki, Ramin Musayevin təbirincə desək, Bakının o işdən başı ayılmayan adamları tribunalara gəlsinlər. Qoy paytaxtda oynayan klublar dolu tribunaların həm təzyiqini, həm də dəstəyini hiss etsinlər.

AMAL ABUŞOV

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

29-07-2022, 11:0

Ramin Musayev istefa verdi

Ölkə futbolu

30-07-2022, 11:0

"Ramin Musayevi hansı vəzifəyə çəkiblərsə, özünü doğruldub"

Ölkə futbolu / Manşet

13-12-2023, 15:0

Ramin Musayevi Xankəndinə aparan yoxdu - “Mənə heç bir yerdən dəvət gəlməyib”

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 22:03
    "Zirə" dayandı, "Neftçi" hesabı açdı, "Qarabağ" ÇSKA-ya qarşı - YENİLƏNİR
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Dünən, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Dünən, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Dünən, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Dünən, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Dünən, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Dünən, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Dünən, 13:25
    Parisdən Madridə yollandı
  • Dünən, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Dünən, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Dünən, 11:31
    Milli komandanı tərk etdi
  • Dünən, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Dünən, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Dünən, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Dünən, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Dünən, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Dünən, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Dünən, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • 29-07-2026, 23:0
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • 29-07-2026, 23:0
    "Şamaxı" müdafiəçi transfer etdi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 117
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə