Ramin Musayevin PFL prezidenti postundan qəfil istefası hər kəsi təəccübləndirdi.
Ramin bəylə yolları dəfələrlə kəsişən Ağasəlim Mircavadov istefa ilə bağlı "Footbal-pıus.az" saytına bunları söylədi: "Ramin Musayevi "Neftçi"nin vitse-prezidenti olduğu müddətdən tanıyıram. İşgüzar adam olub. Onu hansı vəzifəyə çəkiblərsə, özünü doğruldub. İstər "Neftçi"də, istərsə də PFL-ə rəhbərliyi dönəmində uğurları ilə diqqəti çəkib. "Neftçi"nin titullar qazanmasında, "Birlik kuboku"nda uğurlarında Ramin müəllimin rolu danılmazdı. PFL-in prezidenti kimi də çempionatımızın daha da inkişafında, hakimlərimizin təlim-məşq məşq prosesinin təşkilində və başqa məsələlərdə xüsusi rolu olub. Ümumiyyətlə, Ramin Musayevin fəaliyyətini müsbət qiymətləndirirəm. Yeni prezidentə gəlincə, onunla yaxın münasibətim olmayıb”.
"Ramin Musayevi hansı vəzifəyə çəkiblərsə, özünü doğruldub"
Ölkə futbolu

