Uzun illərdən sonra Qarabağın əsas şəhərində futbol matçının təşkili sevinc doğurur. 1988-ci ildən bəri o stadionun qazonuna yalnız ermənilərin ayağı dəyib.
Maraqlıdı, Peşəkar Futbol Liqası (PFL) bu qurumun bayrağı altında keçiriləcək oyuna sabiq prezidenti Ramin Musayevi də aparmağı düşünürmü? Dünən Ramin bəylə əlaqə saxladıq, necə deyərlər, ağzını aradıq:
“Mənə heç bir yerdən dəvət gəlməyib. Sadəcə, çox istərdim ki, o görüşdə iştirak edim. Çünki illər əvvəl bizim bir şüarımız var idi: “Bu gün Quzanlıya, sabah “İmarət”ə. Çox şükür ki, bu arzumuz çin oldu. Lakin dəvət olunmadığım yerə getməyi düzgün bilmirəm”.
MİRKAMAL KAZIMZADƏ




