• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Afina finalında dubl edəndən sonra ardıcıl 10 gecə yatmamışdım”

Dünya futbolu / Müsahibə

24-11-2023, 18:0

Filippo İnzaqi dövrünün ən yaxşı hücumçularından biri sayılırdı.

“Football-plus.az” xəbər verir ki, təsadüfi deyil ki, onun 2001-ci ildə “Yuventus”dan əzəli rəqiblərindən sayılan “Milan”a transferi böyük səs-küyə səbəb olmuşdu. “Qırmızı-qaralar” Turin təmsilçisinin hesabına həmin vaxt kifayət qədər yüksək məbləğ – 37 milyon avro köçürsə də, çətin ki, sonradan buna görə nə vaxtsa peşman olmuşdular. Forvard “Milan” formasıyla meydan çıxdığı 300 matçda 126 qol və 21 məhsuldar ötürmə ilə transferi üçün ödənilən pulun qarşılığını vermişdi. İnzaqinin bu mənada vurduğu iki qol xüsusən dəyərli olmuşdu. Təbii ki, söhbət 2007-ci ildə “Milan” və “Liverpul” arasında Afinada keçirilmiş Çempionlar Liqasının finalından gedir. Axı Filippo həm komandasına bu matçda qələbə gətirərək 7-ci və hələlik sonuncu ÇL kubokunu qazandırmış, həm də komandanın azarkeşlərinə 2005-ci ildə İstanbul finalındakı acı məğlubiyyəti unutdurmuşdu. Yayda 50 yaşını qeyd edən əfsanəvi forvard oktyabrdan etibarən A seriyasında qalmaq uğrunda mübarizə aparan “Salernitana”nın baş məşqçisidi. İnzaqinin bugünlərdə “Corriere della Sera” nəşrinə müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq.

- Bir neçə ay əvvəl 50 yaşınız tamam oldu. İşləriniz necədi?
- Sakit həyat tərzi sürürəm. Çox şey görmüşəm, həm qələbələrə sevinmiş, həm də məğlubiyyətlərə üzülmüşəm. Cəmi bir neçə il əvvəl soruşsa idilər ki, həyatda mənim üçün ən vacib nədir, şübhəsiz ki, “top” cavabını verərdim. Bu gün isə “iki övladım” deyərəm.
- “Lazımi anda” avtobioqrafik kitabınız həyatda şanslarla yolun kəsişməsi və onlardan istifadə etmək cəsarəti haqdadı...
- Hələ uşaqlıqda San Nikolo di Pyaçentsada beton meydançada oynadığım vaxtlardan əla futbolçu olmaq üçün üzərimdə işləmişəm. Hətta bir dəfə “Bayern”in və AFR millisinin hücumçusu, öz dövrünün ən yaxşılarından olan və avrokuboklarda 69 qol vuran Gerd Müllerin “kabusu”nu görmüşdüm. Onun məhsuldarlığı məni heyran edirdi. Müllerin rekordunu qırdığım gün həyatımın ən yaxşı günlərindən biri olmuşdu.
- 2007-ci ildə “Milan” və “Liverpul” arasında baş tutmuş ÇL-in finalına həlledici rol oynamışdız...
- “Liverpul”la matçdakı dubl karyeramın ən vacib anı idi. Hesab 2:1 olmuş, azarkeşlər dəliyə dönmüşdülər! Özü də Silvio Berluskoni görüşdən əvvəl belə olacağını mənə demişdi! Artıq oyuna bir gün qalmış meydana çıxıb-çıxmayacağım hələ də sual altında idi. İdeal formadan uzaq idim, Alberto Cilardino start heyətində oynamağa hazırlaşırdı. Ancaq sonra Karlo Ançelotti düşünməyə başladı. Və birdən Berluskoni mənə zəng etdi: “Sabah iki qol vuracağına əminəm!” Belə də oldu. Təbii ki, klub prezidenti matçdan sonra da məni təbrik etmək üçün zəng vurdu. Axırda da bu sözləri əlavə etdi: “Axı sənə demişdim!” Berluskoni üçün çox darıxıram. Eyni sözləri həmin “Milan”dan bir çoxlarına aid edərdim. Məsələn, Ançelottiyə. Ağıllı, humanist, əsl insandı. Bir dəfə doğum günündə komanda ilə birgə qeyd etməyim üçün hamıya istirahət vermişdi. 30 yaşım tamam olmuşdu. Bu haqda heç kim düşünmür, amma futbolçu yaşlandıqca daha çox gərginlik keçirir.
- Zədələrinin karyeranızı başa vurmaq qərarına təsir göstərdi?
- 39 yaşımda futboldan ayrıldım. Bu gün elə də böyük rəqəm sayılmasa da, bizim nəsil üçün belə deyildi. Yadımdadı, ayağımı zədələdiyimə görə 1 ay Belçikada qalmalı olmuşdum. Həyatımın ən pis doğum günü idi. Ançelotti mənə mesaj göndərmişdi: “Yenidən böyük oyunçu olacaqsan”. Oxuyub düşündüm ki, kim bilir... Bu səviyyədə oynayırsansa, heç vaxt heç nəyə əmin ola bilməzsən. Meydandakı son 4 dəqiqəmi çox yaxşı xatırlayıram. 2012-ci il mayın 13-də, saat 16:45-də. Əslində, sırf “Milan”da son 4 dəqiqəm olmalı idi, ancaq karyeramın son anlarına çevrildi. Həmin zaman artıq bir müddətdi ki, təqaüdə çıxmaq haqda düşünürdüm. O yaşda futbolçu üçün bu, normal idi. “Çox kuboklar qazanmışam, başqa nə iləsə məşul olaram”, - deyə fikirləşirdim. Acı həqiqət bundan ibarətdi ki, emosiyalarına nəzarət edə bilməzsən, buna görə də futboldan ayrılmaqla bağlı bircə fikirdən özümü çox piss hiss edirdim. Xoşbəxtlikdən, ailəm yanımda idi: anam, atam və qardaşım. Futbolçu olarkən ehtiyat skamyaya nifrət edirdim, məşqçi olandan sonra isə bu skamya iş yerimə çevrildi. Əvvəllər futbol meydanından kənarda olmağı təsəvvür etmirdim. Bu, zəiflik yox, insan təbiətidi. Yəqin, buna görə Pro liqasında “Venetsiya”nın təklifini qəbul etdim. Ətrafdakılar məni dəli adlandırırdılar, çünki gözləyib daha yaxşı iş yeri tapa bilərdim. Amma aylarla futbol qazonunu görmədən necə qala bilərdim?
- İnanclarınız varmı?
- Xeyr, inanclı insan deyiləm. Amma talismanıma çevrilən bir mahnı var, matçdan əvvəl stadiona gedən yolda həmişə oxuyurdum. Luçano Liqabuenin “Certe notti” mahnısı. “İnter”in fanatıdı? Bilirəm, lakin bu mahnısı mənə hər zaman uğur gətirib.
- Kimsə Adriano Qallianini yada salanda ilk olaraq ağlınıza gələn söz hansıdı?
- Nəvaziş. “Yuventus”da çıxış etdiyim illərdə uzun müddət məni dilə tutmuşdu. Qalliani xüsusi insandı, çox ağıllı və uzaqgörəndi. Məhz o, mən butslarımı mismardan asan kimi, “Allievi Natsionali”nin (U-17 komandasını nəzərdə tutur – red.) məşqçisi olmağı təklif etmişdi.
- 2001-ci ildə “Yuventus”dan “Milan”a keçərkən böyük pullardan imtina etməyinizlə bağlı xəbər doğrudu?
- Qalliani mənə zəng edib demişdi ki, Pippo, klub 5 milyard lirə ziyandadı, çıxış yolunu tapa bilmirik. İnstinktiv olaraq cavab vermişdim ki, narahat olmayın, bu məbləği üzərimə götürürəm. Nəticədə 5 illik müqavilə imzalamış və hər mövsüm üçün 1 milyard lirədən imtina etmişdim.
- Valideynlərinizin bu qərarınıza reaksiyası necə olmuşdu?
- Məni alqışlamışılar. Çünki ailəmizdə həmişə pul kisəsinlə yox, ürəyinlə hərəkət etmək öyrədilirdi. Bu gün də buna görə valideynlərimə təşəkkür edirəm.
- Barbara Berluskoni sizdə hansı təsir bağışayır?
- Xeyirxahdı.
- Bir qədər soyuq səsləndi.
- Qətiyyən! Barbara mənə çox kömək etmişdi. Ümumiyyətlə, bütün Berluskoni ailəsi bizə yardım göstərmişdi. Məzuniyyətdə tanış olduğum Luicidə isə hətta mənim futbolkam var.
- Bəs qardaşınız Simone sizin üçün nə qədər dəyərlidi?
- Deyə bilərdim ki, o, mənim üçün hər şeydi! Bu günə qədər heç vaxt bircə dəfə olsun dalaşmadığımızı bilirsiz? Qardaşlar üçün çox nadir haldı. Hər dəfə hansımızın matçı bitirdisə, dərhal zəngləşirdik. Simone indi ulduzdu. Bəzən küçədə məni səhvən onun adı ilə çağırırlar. Bu, məni sevindirməyə bilməz, çünki yüksək səviyyəli baş məşqçi olmağın nə qədər çətin olduğunu yaxşı bilirəm.
- Franko Barezi bu yaxınlarda etiraf etmişdi ki, tez-tez ÇL-in finalını yuxuda görür...
- Məndə belə deyil. Həmçinin, ona görə ki, Afina finalında dubl edəndən sonra ardıcıl 10 gecə yatmamışdım.
- “San Siro”da ilk qolunuzu xatırlayırsız?
- 1996-cı il noyabrın 3-də “Atalanta”nın qapısına yol tapmışdım. Həmin vaxt Alessandro Kostakurtanı keçib topu qüvvətli zərbə ilə düz tirin altına “sancmışdım”. Sonra isə iki sarı vərəqə almış və A seriyasında ilk dəfə meydandan qovulmuşdum. Ancaq ondan sonra heç vaxt İtaliya çempionatında qırmızı vərəqə almamışdım.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-09-2023, 23:0

“Milan”dan iki futbolçu ayrıldı

Dünya futbolu

13-10-2023, 14:0

İnzaqi qardaşları eyni liqada

Dünya futbolu

27-04-2022, 18:0

"Barselona" "Milan"ın kapitanı ilə danışıqlar aparır

Dünya futbolu

11-05-2023, 13:0

''İnter'' son 43 ildə bunu ilk dəfə bacardı

Dünya futbolu

19-12-2022, 10:0

"Milan" futbolçusuna illik 3,8 milyon avro təklif edir

Aktual
“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
“Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
"Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
“Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama
“45 ildi futbolun içindəyəm, belə şey görməmişəm” – Sumqayıtdan açıqlama
İTV oxları “CBC Sport”a yönəltdi – “Hazırda davam edən oyunun yayını ilə bağlı yaranmış problemə görə...”
Son xəbərlər
  • Bu gün, 11:54
    “Fənər”in sabiq məşqçisindən illər sonra gələn etiraflar
  • Bu gün, 11:23
    Millimiz beynəlxalq turniri 45 medalla başa vurdu
  • Bu gün, 10:52
    “Neftçi” 1/4 final oyununa çıxacaq - Dünya Seriyası
  • Bu gün, 10:31
    Həsrət hamıdan irəlidədi
  • Bu gün, 10:00
    Altı cüdoçumuz “Böyük Dəbilqə"də mübarizəyə qoşulur
  • Bu gün, 01:09
    Arda Turan yarımfinalda dayandı...
  • Dünən, 23:44
    "Neftçi" və "Araz-Naxçıvan" qalib gəldi
  • Dünən, 22:56
    Yenə Antonelli!
  • Dünən, 21:55
    “Fənərbaxça” “Jalgiris”i ikinci oyunda da məğlub etdi
  • Dünən, 21:21
    “Düzünü desəm, Serbiyada belə nəticədən sonra hamını qovardılar”
  • Dünən, 20:50
    “Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
  • Dünən, 20:19
    Yarımfinal cütləri müəyyənləşdi
  • Dünən, 19:48
    “İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
  • Dünən, 19:17
    “İlk Azərbaycan Kubokunun qalibi olaraq adımızı tarixə yazdırdıq” - VİDEO
  • Dünən, 18:46
    “Demək olar ki, oyunun taleyini qapıçılar həll etdi” – nə Koxalskidən razı qaldı, nə də Samokdan
  • Dünən, 18:15
    Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - VİDEO
  • Dünən, 17:49
    "Burda penaltidən söhbət gedə bilməz" - Fariz Yusifov hansı qərardan narazı qaldı?
  • Dünən, 17:29
    Sadə final, amma anşlaq… - PFL “Sabah” – “Zirə oyununa necə hazırlaşır?
  • Dünən, 16:58
    UEFA A kateqoriyalı qapıçı məşqçi kursu başa çatdı
  • Dünən, 16:27
    "Neftçi SOCAR" Dünya Seriyasının 1/4 finalında
  • Dünən, 15:56
    MY 150 milyonu kimlərə xərcləyəcək?
  • Dünən, 15:25
    Bakıda “Hat-Trick” proqramı çərçivəsində keçirilən yarış başa çatdı
  • Dünən, 14:52
    Pley-offun ilk 9 iştirakçısı məlumdu
  • Dünən, 14:32
    Avropanın ən “uzunömürlü” məşqçiləri... - Qurban Qurbanov yalnız Şmidtdən geri qalır
  • Dünən, 14:01
    "Məqsəd oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi" - "CBC Sport" bəyanat yaydı
  • Dünən, 13:53
    “Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama
  • Dünən, 13:22
    Mbappe “El Klasiko”da iştirak edəcək?
  • Dünən, 12:52
    Neymar oyundaşını vurdu, sonra ondan üzr istədi
  • Dünən, 12:31
    "İmişli"nin əməkdaşları "Trabzonspor"un qonağı oldu
  • Dünən, 12:00
    Zamiqlə Vüsal Albaniyada qarşılaşdı
  • Dünən, 11:29
    "Şaxtyor" çempionluq yolunda daha bir ciddi maneəni aşdı - İCMAL
  • Dünən, 10:58
    A seriyasında ayın ən yaxşı qolunu Hakan Çalhanoğlu vurub
  • Dünən, 10:27
    Çempionluğun taleyi “el klasiko”ya qaldı - İCMAL
  • Dünən, 09:56
    “Arsenal”: 55 il əvvəlki kimi…
  • Dünən, 01:03
    Finalın adı: PSJ - "Arsenal"!
Daha çox
Oxunub: 172
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 165
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 151
"Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
Oxunub: 151
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 144
“Sözün açığı, Veysəllə son danışığımızda bildirmişdik ki...” – bıçaqlanan futbolçu ilə bağlı yeni xəbər
Oxunub: 137
Juninyo bitib e, Qurban bəy! – o hara, “Qarabağ” hara?!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə