“Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə

24.05.2026 22:58 31
Ölkə futbolu / 2-ci liqa
Bu gün Binə qəsəbə stadionunda futbol üzrə ölkə çempionatının 2-ci liqasında mövsümü ilk üç pillədə bitirən komandalar mükafatlandırılıb. 3-cü yeri tutan “Quba”ya bürünc, 2-ci yeri tutan “Qaradağ Lökbatan”a gümüş medallar təqdim olunub.

Çempion “Xankəndi”yə isə həm qızıl medallar, həm də çempionluq kuboku təqdim edilib.

Region Liqasının ardından 2-ci liqanın da çempionu olan komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın baş katibinin müavini Elçin Məmmədov təqdim edib. Ardınca “Xankəndi” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Mükafatlandırma mərasimində turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olundu. “Xankəndi”nin hücumçusu Bəhruz Teymurov 27 qolla mövsümün ən sərrast futbolçusu sayılıb. Ona mükafatı PFL-in prezidenti Elxan Səmədov təqdim edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul