Dünya çempionatını buraxacaq

1.06.2026 15:26 31
Dünya futbolu
Özbəkistan yığması tarixində ilk dəfə iştirak edəcəyi dünya çempionatına ciddi itki ilə yollanacaq.

"Football-plus.az" xəbər verir ki, komandanın müdafiəçisi İbrohimxəlil Yuldoşev mundialı buraxacaq. Özbəkistan Futbol Federasiyasının məlumatına əsasən, futbolçunun əvvəlki zədəsi yenilənib. Onun bərpası üçün ən azı bir ay vaxt tələb olunur ki, bu da futbolçunun nəhəng turnirdə iştirakını qeyri-mümkün edir.

Özbəkistan yığması turnirin qrup mərhələsində Portuqaliya, Kolumbiya və Konqo DR ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul