Şənbə günü İspaniya La Liqasında 2025/26 mövsümünün sonuncu turu keçirilib.
"Football-plus.az" xəbər verir ki, bununla da aşağı liqaya düşən bütün komandalar müəyyənləşib. “Ovyedo”, “Jirona” və “Malyorka” növbəti mövsümdə 2-ci divizionda çıxış edəcəklər.
38-ci turda “Malyorka” evdə “Ovyedo”nu 3:0 hesabı ilə məğlub etsə də, yüksək liqadakı yerini qoruya bilməyib. “Jirona” isə “Elçe” ilə 1:1 hesablı heç-heçə edib. Kataloniya klubu iki mövsüm əvvəl La Liqanı 3-cü yerdə başa vuraraq Çempionlar Liqasında çıxış etmişdi.
Mövsümün yekununda “Ovyedo” 29 xalla sonuncu - 20-ci, “Jirona” 41 xalla 19-cu, “Malyorka” isə 42 xalla 18-ci yeri tutub və La Liqanı tərk ediblər.