Luis de la Fuente İspaniya millisinin heyətində "Real"ın futbolçularının yer almamasına münasibət bildirib.
Millinin baş məşqçisi bu məsələdə klub mənsubiyyətinin onun üçün önəm daşımadığını deyib.
“Milli komandanın məşqçisiyəm və futbolçuların hansı klubdan olmasına baxmıram. Onlar yığmanın oyunçularıdı. Azarkeşlərdə ola biləcək qərəz məndə yoxdur. Əsas istəyim futbolçuların milli formanı qürurla təmsil etməsidi”.
Qeyd edək ki, İspaniya millisi dünya çempionatının qrup mərhələsində Kabo-Verde (15 iyun), Səudiyyə Ərəbistanı (21 iyun) və Uruqvayla (27 iyun) qarşılaşacaq.