• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu

Ölkə futbolu

25-05-2026, 11:0

Azərbaycan Peşəkar Futbol Liqası növbəti uğuruna imza atıb.

"Football-plus.az" xəbər verir ki, PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub. Bununla bağlı Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuter və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov arasında onlayn görüş keçirilib. Perlemuter bir çox məsələlər, planlar ətrafında xoş müzakirələrin aparıldığı görüşlə bağlı beynəlxalq qurumun rəsmi saytına təəssüratlarını bölüşüb:

“Azərbaycan Peşəkar Futbol Liqasını Dünya Liqaları Assosiasiyasında salamlamaqdan məmnunuq. PFL idarəetmə, liqa idarəetməsi və uzunmüddətli inkişaf yolu ilə peşəkar futbolun inkişafına güclü sadiqlik nümayiş etdirib. Biz PFL ilə işləməyi və beynəlxalq əməkdaşlıq, şəbəkə paylaşımı və üzvlərimiz arasında ən yaxşı təcrübələrin mübadiləsi yolu ilə onun inkişafını dəstəkləməyi səbirsizliklə gözləyirik”.

Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da öz növbəsində məmnunluğunu bildirərək təşəkkür edib:

“Dünya Liqaları Assosiasiyasına qoşulmaq Azərbaycanda peşəkar futbol üçün mühüm bir mərhələdi. Son illərdə klublarımızın və liqamızın peşəkar strukturlarını gücləndirərkən yarışlarımızın təşkilini və baxımlılığını yaxşılaşdırmağa diqqət yetirmişik. Dünya Liqaları Assosiasiyasının bir hissəsi olmaq bizə dünyanın hər yerindən aparıcı liqalarla əməkdaşlıq etmək, təcrübə qazanmaq və mübadiləsini aparmaq, peşəkar futbolun gələcəyi ilə bağlı müzakirələrə töhfə vermək imkanı verəcək. İnanırıq ki, bu əməkdaşlıq həm meydanda, həm də ondan kənarda Azərbaycan futbolunun davamlı inkişafına dəstək olacaq”.

Qeyd edək ki, indiyədək bu liqanın üzvlüyünə MDB ölkələrindən yalnız Ukrayna, Özbəkistan və Latviya qəbul edilib.

1100 klubun təmsil olunduğu üzvlər arasında İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa kimi böyük beşlik ölkələrinin liqaları – Premyer Liqa, A seriyası, La Liqa, Bundesliqa, Fransa Peşəkar Liqası, yəni Liqa 1 və digər güclü futbol ölkələrinin liqaları da var.

Bu görüşlə bağlı Dünya Liqaları Assosiasiyasının rəsmi saytında (https://worldleaguesforum.com/en/media/world-leagues-association-wla-welcomes-the-azerbaijan-professional-football-league-pfl-as-a-new-member) yayılan məlumatda təqdimat, planlanan qarşılıqlı münasibətlər, üstünlüklər və hədəflər barədə də ətraflı məlumat verilir:

“Dünya Liqaları Assosiasiyası (WLA) və Azərbaycan Peşəkar Futbol Liqası (PFL) məmnuniyyətlə elan edir ki, PFL rəsmi olaraq Dünya Liqaları Assosiasiyasına ən yeni üzvü kimi qoşulub və bu da peşəkar futbol liqalarının qlobal şəbəkəsini gücləndirir.

2008-ci ildə təsis edilən Azərbaycan Peşəkar Futbol Liqası, Azərbaycanın ən yüksək səviyyəli peşəkar yarışı olan Azərbaycan Premyer Liqası, eləcə də Birinci Divizion və milli kubok yarışları da daxil olmaqla, ölkənin peşəkar klub yarışlarının təşkili və idarə olunmasından məsuldu. Son illərdə PFL yarışların idarə olunması, klub lisenziyalaşdırılması, kommersiya inkişafı, yayım, infrastruktur və azarkeşlərin cəlb edilməsi sahəsində təkmilləşdirmələr yolu ilə Azərbaycanda futbolu modernləşdirib və peşəkarlaşdırıb.

APFL həmçinin idarəetmə standartlarını gücləndirmək və yerli futbolun uzunmüddətli inkişafı üçün daha dayanıqlı bir çərçivə yaratmaq üçün klublar və maraqlı tərəflərlə sıx əməkdaşlıq edib.

Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, APFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.

2016-cı ildə təsis edilən Dünya Liqaları Assosiasiyası dünya miqyasında peşəkar futbol liqalarını təmsil edir və futbolun beynəlxalq idarəetmə strukturları daxilində milli yarışların rolunu gücləndirmək üçün çalışır. Təşkilat liqalar arasında əməkdaşlığı təşviq edir və qlobal miqyasda peşəkar oyunun davamlı və balanslı inkişafı üçün tərəfdardı".

Qeyd edək ki, noyabr ayında Çexiyanın paytaxt Praqa şəhərində Dünya Liqaları Assosiasiyasının Baş Assambleyası və növbəti seçkilər keçiriləcək. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da bu tədbirə dəvət alıb.

Paylaş:
Digər xəbərlər

Maraqlı

17-02-2023, 17:0

Elxan Səmədov beynəlxalq seminarda iştirak etdi

Ölkə futbolu

28-01-2025, 16:0

Latviya Virsliqasının prezidenti PFL-in qonağı oldu

Aktual

18-04-2023, 15:0

PFL prezidenti Avropa Peşəkar Futbol Liqalarının baş assambleyasında iştirak edəcək

Ölkə futbolu

18-06-2025, 22:0

Tanınmış alman futbol mütəxəssisi PFL-in qonağı oldu

Ölkə futbolu

29-08-2022, 15:0

PFL-də Texniki-İdman şöbəsi ləğv olundu

Aktual
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Son xəbərlər
  • Bu gün, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Bu gün, 18:52
    "Şəfa"dan yeni transfer
  • Bu gün, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Bu gün, 18:00
    Yenidən Fransada işləyəcək
  • Bu gün, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 16:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Bu gün, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Bu gün, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Bu gün, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Bu gün, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Bu gün, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Bu gün, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Bu gün, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Bu gün, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Bu gün, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Bu gün, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Bu gün, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 10:00
    Mbappe rekordlardan doymur
  • Bu gün, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 159
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 138
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə