“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək

25.05.2026 12:54 146
Ölkə futbolu / Aktual
Uşaq yaşlarından "Neftçi" Futbol Klubunun akademiyasında futbola başlayan, iki mövsüm əvvəl Roman Qriqorçukun dövründə əsas heyətə cəlb olunan Murad Məmmədov mövsümün sonunda komandadan ayrılacaq.


Gənc vunderkind bir neçə aydı Cənubi Kipr "Pafos"u ilə anlaşıb. Onun mövsümün sonunda yeni komandasına gedəcəyi deyilirdi. Artıq mövsüm başa çatıb. Murad nə vaxt Kiprə yollanacaq, artıq bilet, viza işləri həll olunubmu?

Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova bu haqda “Football-plus.az”a məlumat verdi:

“İyunun ortalarında Kiprə yollanacaq. Konkret gün bəlli deyil. Murad üçün təqdimat mərasimi də nəzərdə tutulur”.


MÜZƏFFƏR QULUZADƏ