Mourinyonun təyinatı niyə təxirə düşəcək?

24.05.2026 20:58 20
Dünya futbolu
Bilindiyi kimi, Joze Mourinyonun “Real”a baş məşqçi təyin olunması gözlənilir.

"Football-plus.az" xəbər verir ki, lakin gözlənilən təyinat təxirə salınacaq. Bu haqda “Mundo Deportivo” məlumat yayıb. Təxirəsalınmaya səbəb Madrid klubundakı prezident seçkiləridi. İspaniyalı biznesmen Enrike Rikelmenin prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlaması Mourinyonun geri dönüşü də daxil olmaqla, bütün idman planlarını təxirə salıb. “Mundo Deportivo”nun məlumatına görə, seçkilər iyunun 7-da keçiriləcək.

Rikelme rəsmi namizəd olmaq üçün sənədlərini təqdim etməlidi. Son tarix mayın 23-nə təyin olunub. Xəbərdə bütün əlamətlərin hazırkı prezident Florentino Peresin seçkilərdə qalib gəlməsini və sonradan Mourinyonun dəvət olunmasını göstərdiyi vurğulanır.

Paytaxt klubu əvvəlcə portuqaliyalı mütəxəssisi mayın 24-də və ya 25-də təqdim etməyi planlaşdırırdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul