Mövsümü “qızıl dubl” ilə başa vurdular!

24.05.2026 20:27 26
Dünya futbolu
Mayın 23-də Şotlandiya kubokunda 2025/26 mövsümünün qalibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, finalda “Seltik” və 2-ci divizion təmsilçisi “Danfermlayn” komandaları qarşılaşıblar. Matç “Seltik”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ölkə nəhəngi bu nəticə ilə tarixində 43-cü dəfə Şotlandiya kubokunu qazanıb.

Qeyd edək ki, Martin O’Nillin çalışdırdığı komanda ötən həftə “Harts”ı da 3:1 hesabıyla məğlub edərək 56-cı dəfə ölkə çempionluğunu rəsmiləşdirib.

Beləliklə, qlazqolular mövsümü “qızıl dubl” ilə başa vurublar!