İnzaqi qardaşları eyni liqada

13.10.2023 14:12 211
Dünya futbolu
Filippo İnzaqinin işsiz günləri yalnız iki ay çəkib.

"Football-plus.az" xəbər verir ki, o, yenidən A seriyasında çalışacaq.

Sonuncu iş yeri olan “Reccina”dan avqustda ayrılan 50 yaşlı mütəxəssis “Salernitana”ya təyinat alıb. Klub rəhbərliyi italiyalı mütəxəssisi baş məşqçi Paulu Souzaya xələf seçib. Portuqaliyalı komandaya fevralda təyinat almışdı. Cari mövsümə zəif başlayan “Salernitana” hazırda A seriyasında 8 oyuna 3 xalla 19-cu yeri tutur.

İnzaqi ilə imzalanan müqavilənin müddəti haqda məlumat verilmir. Qeyd edək ki, o, hazırda “İnter”ə başçılıq edən Simone İnzaqinin böyük qardaşıdı. “Salernitana”nın yeni baş məşqçisi daha əvvəl “Milan”, “Venetsiya”, “Bolonya”, “Benevento” və “Breşia”nı da çalışdırıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul