Minifutbol üzrə millimizin Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi Elşad Quliyev turnir üçün 18 futbolçuya şans verib.
Yekun heyətdə Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov və Eşqin Tağıyev yer alıblar.
Xatırladaq ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək keçiriləcək. Azərbaycan yığması F qrupunda İtaliya, Fransa və Avstriya milliləri ilə qarşılaşacaq.