"Şamaxı"nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya yığmasının heyətinə dəvət alıb. "Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.Qeyd edək ki, Tanzaniya millisi iyunun 1-dən 10-na qədər Mərakəşdə təlim-məşq toplanışı keçirəcək.