2025-ci ilin ən yaxşı futbolçusu, cari Çempionlar Liqasının 2-ci turunda oyunun ən yaxşısı seçilən, pley-offda “Nyukasl”a iki qol vuran Elvin Cəfərquliyev bir aydan artıqdı əsas komandadan uzaqlaşdırıb.
Mövcud durumla bağlı Elvinin ilk müəllimi Adil Mahmudovun fikrini öyrəndik. Görəsən, uşaq yaşlarında da Cəfərquliyevdə xarakter problemi olub? Mahmudovun “Football-plus.az”a cavabı: “Çox ağıllı, tərbiyəli, nizam-intizamlı uşaq olub. Göstərişləri canla-başla yerinə yetirib. Uzaqlaşdırılması baş məşqçinin qərarıdı. Komandanın öz intizam məcəlləsi var. Başqa nələrsə edibsə, bunu görməmişik, bilmirik. Allah köməyi olsun. Ya xaricdə, ya da ölkəmizdə bir komandada oynayacaq. İstedadlı futbolçudu. Millinin də aparıcı futbolçusudu. Məncə, “Qarabağ” da onu incitməz. Söhbət millinin oyunçusundan gedir. Belə olanda güzəştlər ediləcək. Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir. Ümid edək ki, yaxşı olacaq”.
MÜZƏFFƏR QULUZADƏ