Zakariya Savo "Qarabağ"da - RƏSMİ

24.05.2026 19:02 42
Ölkə futbolu
“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, bundan öncə "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.