''İnter'' son 43 ildə bunu ilk dəfə bacardı

11.05.2023 13:30 319
Dünya futbolu
Dünən Çempionlar Liqasının yarımfinalının ilk oyunu çərçivəsində ''İnter'' ''Milan''ı iki cavabsız qolla məğlub edərək final yolunda mühüm bir addım atdı.

"Football-plus.az" xəbər verir ki, son dönəmlərdə əzəli rəqibi ilə matçlarda üstünlüyə malik olan ''İnter'' maraqlı göstəriciyə imza atıb.

''Neradzurra'' ardıcıl 3-cü dəfə derbidə qol buraxmadan qalib gəlib. ''İnter'' ''Milan''ı fevralın 5-də A seriyasının 21-ci turunda 1:0, yanvarın 18-də isə superkubok uğrunda matçda 3:0 yenmişdi.

''İnter''in sonuncu dəfə ardıcıl 3 derbidə qol buraxmadan qalib gəlməsinə 43 il öncə - 1979/80 mövsümündə rast gəlinmişdi! Bundan başqa ''İnter'' tarixində cəmi 3-cü dəfə bir mövsümün gedişində ''Milan'' üzərində 3 qələbə qazanmış oldu. Daha öncə buna 1994/95 və 1973/74 mövsümündə (4 dəfə) rast gəlinmişdi.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul