Nəriman Axundzadənin çıxış etdiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda 15-ci turda öz meydanında “Atlanta” ilə qarşılaşıb. Matç “Kolumbus Kru”nun qələbəsi ilə başa çatıb – 2:0.
Nəriman bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb. 22 yaşlı futbolçu ötən tur da ehtiyatda qalmışdı.Ancaq ötən həftə ABŞ Kubokunun 1/4 finalında “Nyu York Siti” ilə görüşdə 64 dəqiqə meydanda olan forvard komandasının yeganə qolunun ötürməsini etmişdi.
“Kolumbus Kryu” 16 xalla 10-cu sıradadı.