• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” olmayacaq?! - KÖŞƏ

Premyer-liqa / Yazarlar

30-10-2023, 23:0

Bunu qəzetimizin çərşənbə axşamı sayında dərc olunan “Sabah”ın problemləri bitdimi?” sərlöhvəli yazımın davamı kimi qəbul edə bilərsiz.

“Sabah”ın çıxışını, nəticələrini diqqətlə izləyirəm. Ona görə də son yazımda belə sual qoymuşdum, ümid ifadə etmişdim ki, “Sumqayıt” üzərində qələbə ilə “qara zolaq” bitəcək. Dəfələrlə belə olub. Qələbəyə həsrət qalan komandaların baş məşqçiləri “qara zolağa düşdüklərini” deyir, bu böhrandan çıxmaq üçün cəmi bir qələbəyə ehtiyaclarının olduğunu vurğulayırlar. “Sabah” “Sumqayıt” üzərində qazandığı əzmkar qələbə ilə azarkeşlərini sevindirmiş, uğurun davamının gətiriləcəyinə ümidləri cücərtmişdi. Cücərən həmin ümidlər elə “Sumqayıt”la oyunda da məhv oldu. Acı təəssüf hissi ilə qeyd etməliyəm ki, şəxsən mən indiki məqamda “Sabah” üçün tunelin sonunda işıq görmürəm.

Murad Musayev “qara zolaq”da olduqlarını hələ “Qarabağ”la oyundan sonrakı mətbuat konfransında dilə gətirmişdi. Onda “Sabah”ın perspektivləri haqda hələ indiki kimi bədbin düşünmürdük. Fikirləşirdik ki, müvəqqəti çətinlikdi. “Partizan”la oyunda yaxşı oynayıb, turu keçə bilməyən komandanın psixoloji gərginlikdən əziyyət çəkdiyini təxmin edir, avrokubokların eyforiyası bitən kimi hər şeyin qaydaya düşəcəyini fikirləşirdik. Ona görə də “Qarabağ” qarşısında varlıq göstərə bilməyən “Sabah”ı və Murad Musayevi o qədər də qınamadıq. Baxmayaraq ki, buna qədər “Turan Tovuz”la oyunda “faciə” yaşanmışdı, “bayquşlar” Masazırdakı doğma meydanda 0:3 hesabıyla məğlub olmuşdu. “Sabah”ın azsaylı azarkeşləri özlərinə təskinlik verir, “tezliklə düzələcək” deyirdilər.

Sözsüz, belə məqamda “Kəpəz”lə oyun böhrandan çıxmaq üçün əla fürsət idi. Premyer-liqanın autsayderini məğlub edirdin, bununla həm böhrandan çıxırdın, həm də turnir cədvəlindəki rəqiblərini özündən uzağa buraxmamaq üçün 3 xal qazanırdın. Belə vacib məqamda Murad Musayevin könlünə əsas qapıçı Yusif İmanova “yerini göstərmək” düşdü. Həmin yer də ehtiyat oyunçular skamyasında, Musayevin yanında imiş. “Kəpəz”lə qarşılaşmada “çərçivə”nin Rüstəm Samiqullinə tapşırılması çox ciddi səhv idi. Bunu dəfələrlə yazmışam. Bir daha vurğulayıram. Musayev gənc qapıçıya inanıb, onu inkişaf etdirmək, həm də İmanova “əvəzedilməz olmadığını” sübut etmək istəyirdisə, nə üçün sonradan qapıya Rüstəmi qoymadı? Məlum məsələdi ki, çalışdırıcı özü də Rüstəmin elita səviyyəsinə yaxın belə düşməyən qapıçı olduğunu gördü. Amma bunu iş-işdən keçəndən, vacib iki xal itiriləndən sonra görmək lazım deyildi. Məşqlərdə ona diqqət yetirməliydi, qapıçı məşqçiləri acı həqiqəti vaxtında Musayevə deməliydilər.

Elə təsəvvür yaranmasın ki, mən bütün gücümlə Samiqullinin üstünə düşmüşəm, hər fürsətdəcə onu günahlandırıram. Əsla yox. Günah onda deyil. Necə ki, “Sabah”ın problemləri təkcə onunla yekunlaşmır. Komandanın heyətində 13 legioner var. Təəssüf ki, Azərbaycanda futbolçularla bağlanan müqavilələrin maliyyə tərəfləri açıqlanmır. Əcnəbilərə nə qədər pul xərcləndiyini dəqiq hesablaya bilmirik. Amma internet qaynaqlarına baş vurmaqla acı gerçəklikləri görmək, təxmini hesab çıxarmaq mümkündü. Onda görərik ki, faktiki milyonlar havaya sovrulur, əcnəbilərə layiq olduqlarından qat-qat artıq pullar xərclənir. Həmin pulların qarşılığı da turnir cədvəlində əksini tapır. 10 oyuna 10 xal toplayan “Sabah” “Qəbələ” ilə “Kəpəz”i qabaqlayır. Mükafatlar uğrunda mübarizə aparacağını təxmin etdiyimiz, “Qarabağ”a “əlcək atacağını” gözlədiyimiz komanda ikinci dövrənin ilk turundan sonra 8-ci sırada yer alır.

“Sabah”ın ilk 10 turda cəmi iki qələbə qazanması ciddi həyəcan siqnalıdı. Bu rəqəmi üzərinə vurğunu ona görə qoyuram ki, 2-3 tur yox, düz 10 tur oynanılıb. Yəni nəticələr heç cür təsadüfi sayıla bilməz. Təsadüf bir oyunda olar, uzağı iki. Bu qədər təsadüf ola bilməz. Deməli, artıq ciddi müzakirələr aparılmasının, qəti addımlar atılmasının vaxtıdı. Dəyişiklik qaçılmaz görünür. Söhbət həm də təkcə nəticələrdən getmir. “Sabah”ın oyununda dəst-xətt, əzmkarlıq hiss olunmur. 11 futbolçu meydanda xaotik hərəkətlər edir, onların bu xaotik davranışını isə Murad Musayevin ehtiyat oyunçular skamyasındakı intizamsız davranışları “tamamlayır”. Qəflət yuxusundan oyanın. Əks halda heç şübhə etməyə dəyməz ki, mövsümün sonunda mükafatçıların sırasında “Sabah” olmayacaq!

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

25-10-2023, 15:0

“Sabah”ın problemləri bitdimi? – KÖŞƏ

Premyer-liqa / Manşet

4-10-2023, 21:0

Ortaq fikir: “Sabah”a böhrandan çıxmaq üçün bir qələbə lazımdı”

Aktual / Premyer-liqa

24-10-2023, 14:0

“Məğlub olduğu oyunlarda belə, "Sabah" pis futbol sərgiləmirdi”

Premyer-liqa

16-11-2022, 23:0

Liderlər xal itirdi, “Neftçi” turdan qazanclı çıxdı - TURUN ŞƏRHİ

Ölkə futbolu

27-10-2022, 12:0

"Sabah" Murad Musayevlə müqavilə müddətini uzatdı

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə