• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“23 yaşında “Çelsi”nin kapitanı olacaqsan”

Dünya futbolu

14-08-2023, 23:0

“Çelsi” srağagün rəsmi şəkildə yeni kapitanının təyinatını açıqladı.

“Football-plus.az” xəbər verir ki, “zadəganlar”ın kapitan sarğısını bundan sonra Ris Ceyms daşıyacaq. Ris belə vacib məqamda böyük məktub yazmağa qərar verib. Amma kimə? Özünə - keçmişinə. Ceyms özünün 6 yaşlı obrazına müraciət edib. Axı məhz həmin yaşda “Çelsi” akademiyasına qəbul olunub.

“Əziz Ris!

Sənə nələrisə danışmalıyam. Çox vacib olan nələrisə. Arzumu. Bəlkə də sən mənə inanmayacaqsan. Hələ ki yox. Hələ çox şeylər yaşanmalıdı. Səni məhz indiki halına gətirəcək çoxlu hadisə gözləyir.

Ancaq sən artıq lazımi yola çıxmısan. Sadəcə, o yolla get, başqa yerə burulma. İnadla çalış. Atana qulaq as. O sənin üçün ən yaxşı olanı edir. Hətta bəzən sənə bunun əksi kimi görünsə də. Hər gün parkda Coş və Loren ilə birgə məşq et. Bütün etdiklərindən ləzzət al - bu vacibdi.

Sən artıq “Çelsi”nin oyunçusu olmusan. Bunun sənin üçün necə önəmli olduğunu mən bilirəm. Bu üzdən cümə günü axşamlar məşqə çıxmaq üçün bu klubun məşq formasını almısan. Bu klubda olduğuna görə qürur duyursan. Klubun rənglərini və emblemini qorumaq istəyirsən. Get-gedə böyüyəcəksən, formaların sayı artacaq, onlar artıq kisələrə yerləşməyəcək. Bununla belə, yenə daha artıq forma istəyirsən, buna köklənmisən.

Ananı dəyərləndirməyi unutma. O, sənin həyat yolunda irəliləməyin üçün daim əziyyət çəkəcək. Məşqlər. Oyunlar. İstənilən səfər. O, həmişə yanında olacaq, sənə seçdiyin peşənin ustası olmaqda yardım edəcək. Başqa uşaqların belə dəstəyi olmayacaq. Onlar irəli gedə bilməyəcək. Sən isə hər şey etmək istəyirsən ki, anan və bütün ailə sənlə qürur duysun.

Bəzən çətin olacaq, səni dəyərləndirməyən adamlar da tapılacaq. Onlar, sadəcə, Ris Ceymsi “Çelsi”nin adi bir oyunçusu kimi görəcək. Sən isə əsas heyətin oyunçusu olacaqsan. Və hətta bundan da artıq. Bu mövzuya hələ qayıdarıq.

Həyatın acı dərsləri, səhvlər – bunlar da vacibdi, sənə faydası dəyəcək. Odu ki, bunlardan səni xəbərdar etməyəcəm, özün bu mərhələləri arxada qoymalısan. Ancaq yuxarı sinfə keçəndən sonra, lütfən, yeməyinə-içməyinə diqqət et. Dost-tanışların kimi olmaq, onların yediklərindən yemək istəyirsən. Belə olmaz. Atan sənə bunu anladacaq.

Sənin çalışdığın qrupda elə uşaqlar olacaq ki, yüksəyə qalxacaq, əsas komandaya səndən tez düşəcək. Onlara müqavilə təklif olunacaq. Səndə isə hər şey belə sadə getməyəcək. İşini gör, daha çox iş gör. Frenk О’Brayan sənə yardım edəcək. O yaxşı adamdı. Sonra isə müqavilə də bağlayacaqsan.

Ancaq sən hücumçu olmayacaqsan. Növbəti Droqba olmayacaqsan. Sənə sağ cinah müdafiəçisi olmağı öyrəcədəklər. Və bu da xoşuna gəlməyəcək. Düzünə qalsa, belə dəyişikliyə nifrət edəcəksən. Meydanda özünü yalqız hiss edəcəksən. Top çatışmazlığı duyacaqsan, məyus olacaqsan.

Dözümlü ol, yaxınlarını dinlə. Zəruri işləri gör. Bir gün hər şey öz yerini tutacaq. Müdafiənin sağ cinahı sənin üçün ideal mövqedi. Sən bunu anlayanda artıq geriyə yol olmayacaq. 18 yaşa qədər uşaqların komandasıyla qalib olacaqsan. 2017-də İngiltərənin yeniyetmələr kuboku. 2018-də İngiltərənin yeniyetmələr kuboku. İkinci qəniməti qaldıran komandanın kapitanı olacaqsan. Kuboku “Arsenal”ın gözü önündə, onların meydanında qazanacaqsız. Xüsusi emosiya yaşayacaqsız.

Ardından “Uiqan”a yollanacaqsan – oranın harda yerləşdiyini əvvəldən öyrənmək pis olmazdı. Bu, sənin üçün evdən uzaqda ilk həyat, müstəqil həyat təcrübəsi olacaq. Ailən və dostların sənə başa çəkəcək, ancaq bu müddətdə hissolunan şəkildə böyüyəcəksən.

Bu klub hətta ordan gedəndən sonra da sənin üçün önəmli olacaq. Adamlar, fanatlar, məşqçilər, oyunçular, atmosfer. Mövsüm boyunca elitada qalmaq uğrunda oynayacaqsız, ancaq birgə olacaqsız. Hamı xoşbəxt olacaq. Bu, əla komandadı. Pol Kuk mövsümün son oyunu ərəfəsində kapitan sarğısını sənə verəcək. O komandanın ki, birilliyə icarəyə verilmisən. Belə olmur. Bunu dərk et. Bu şərəfdi, ömrün boyunca sənlə qalacaq. İdeal vidalaşma.

Yaxşı, “Çelsi”yə qayıdaq. Sənə xüsusi şeylər deməliyəm. Sənə əsas komandada oynamaq şansı, arzuladığın şansı verən məşqçi Frenk Lempard olacaq. Bəli, həmin Frenk Lempard. 8 nömrə. “Çelsi”nin əfsanəsi.

O sənə inam, etibar, dəstək verəcək. Zədədən sonra bərpa olunmaq üçün zaman tanıyacaq. Start heyətində debüt etmək imkanı bağışlayacaq – bu, “Qrimsbi Taun”la ev oyununda olacaq. Fantastik hisslərdi. Dostlar və ailə stadionda olacaq. Orda həm də 40 min “Çelsi” fanatı olacaq. Musiqi az qala qulağı deşir. Paltardəyişmə otağından çıxırsan. Bu nə andı...

Sən “Çelsi”də debütü arzulalırdın. Bunun reallığa çevrilməsi üçün mümkün olan hər şeyi edirdin. Ancaq sonra iş rejiminə keçmək lazımdı. Dəqiq ötürmələr ver. Rəqibin vingerlərini dayandır. Sona 8 dəqiqə qalmış cərimə meydançası xaricindən zərbə vur. Və gör ki, nə baş verir. İnan ki, buna dəyər.

O-o, mən sənə “Ayaks” haqda da danışmalıyam. Ağlasığmaz oyun. Çempionlar Liqası “Stemford Bric”ə qayıdır. Top rəqibin cərimə meydançasında ayağına düşəcək. Güclü zərbə vur, uzaq küncə. Qeyri-adi, qulaqbatırıcı səs-küy. Bayramlaşma... Bu nə gecə idi! Sən o gecəni sevəcəksən.

Həyat dəyişməyə başlayacaq. Sən sadə Ris Ceyms olmayacaqsan. Əsl Ris Ceyms olacaqsan. Adamlar səni tanımağa başlayacaq. Media tez-tez səndən yazacaq. Futbola, ailəyə, dostlara köklən. Onlar həmişə sənlə olacaq. Onlar Portuda da olacaq…

İndi bu söz başqa cür səslənir. Bu gecə. Bu an. Sən adamlara “Portu” haqda danışanda onlar harda olduqlarını və nə etdiklərini xatırlayacaqlar. Qoy sənə də izah edim…

Heç kim “Çelsi”nin 2021-ci ildə Çempionlar Liqasının finalına qədər irəliləyəcəyini gözləmirdi. Sən start heyətində olacaqsan, lateral mövqeyində. Rəqib “Mançester Siti”di, favorit sayılır, ancaq bu məqam səni narahat etmir. Bir qədər əsəb keçirəcəksən. Bu normaldı. Reallığın necə olduğunu bilirsən. Bəzi oyunçular həyatında bir dəfə finalda oynayır, sonra isə kuboka həsrət qalırlar. Ancaq oyun başlayan kimi bütün bu fikirlər, bu əsəblər yoxa çıxacaq.

Meyson Mauntun ötürməsinin Kay Havertsi “tapdığı” anı görəcəksən. Sonra Kay qapıçıdan sıyrılacaq. Top tora düşən kimi uğultu qopacaq. Düz fasilə ərəfəsində qol. İdealdı. Oh, necə bir 2-ci hissə bizi gözləyirdi. “Siti” təzyiq göstərəcək. Sən tabloya baxacaqsan. 30 dəqiqə qalır. 20 dəqiqə qalır. 10 dəqiqə qalır. 5 dəqiqə… Bir qədər də döz. Son saniyələrdə top Riyad Mahrezə düşür. Onun zərbəsindən sonra top bizim qapıya tərəf uçanda nələr duyacağını izah edə bilmərəm. Sadəcə, donub qalırsan… Ancaq uğur bizim tərəfimizdədi. “Çelsi” Çempionlar Liqasının qalibidi. Yenidən.

21 yaşında Avropa çempionu olacaqsan. Bundan ləzzət al. Bu anı ailənlə bölüş – onlar indi olduğun yerə çatmaqda sənə yardım ediblər, sənlə qürur duyurlar. Səni irəlidə daha çox qənimət gözləyir. Elə xatirələrdi ki, həyatını bunların yolunda qoymusan. Futbolun necə sərt, acımasız ola bildiyini öyrənəcəksən. Bu məqam səni emosional cəhətdən sarsıdacaq.

Sən 2022-nin dünya çempionatına hazır olacaqsan, yaxşı forma yığacaqsan. Təyyarədə olacağın dəqiqdi, eləmi? Ancaq sonra dizini zədələyəcəksən, hər şey dəyişəcək. Dünya çempionatına dönməyə çalışacaqsan, mümkün qədər tez bərpa olunmaq üçün hər şey edəcəksən. Demək olar ki, alınacaq. Hətta DÇ-yə gedə biləcəyinə inanacaqsan.

Ancaq Qaret Sautqeyt bunu hədsiz böyük risk sayacaq – sən də bu qərarla razılaşacaqsan. Zədələr futbolun bir hissəsidi. Ancaq bu heç də bərpa prosesini asanlaşdıran dəlil deyil. Və 23-cü doğum günündən yarım il sonra onlar səni izləyəcək. Bərpa olunacaqsan, yaşıl meydana dönəcəksən, sonra daha bir zədə alacaqsan. Mental baxımdan bütün bunlar sənı sıxılmış limonun gününə salacaq. Karyeranda ən çətin mərhələlərdən biri olacaq. Bütün bunları arxada qoymaqda sənə kimin yardım edəcəyini bilirsən. Kimin səni ruhlandıracağını bilirsən.

Hə, indi sirri öyrənmək istəyirsən? Məktubun əvvəlində haqqında danışdığım həmin arzu... Sən bu ana qədər çox şey edəcəksən, çox qələbəyə sevinəcəksən. Ancaq arzu başqa şeydi.

23 yaşında “Çelsi”nin kapitanı olacaqsan. Ondan sonra nə baş verəcəyini hələ yazmamışam. Ancaq bir gerçəyi bil... Arzuladığın hər bir şey reallığa çevrilə bilər.

Uğurlar, Ris”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-08-2023, 22:0

“Çelsi”də gənc kapitan

Dünya futbolu

12-10-2022, 14:0

"Çelsi"də itki

Dünya futbolu

5-09-2022, 16:0

Daha 5 il "Çelsi"də

Dünya futbolu

13-04-2023, 23:0

"Çelsi"də yeni müqavilə

Dünya futbolu

11-07-2022, 23:0

Sterlinq "Çelsi"də

Dünya futbolu

30-05-2022, 12:0

“Çelsi”nin satışı bu gün rəsmiləşəcək

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Dünən, 12:57
    "İmişli"də ayrılıq
  • Dünən, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Dünən, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Dünən, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Dünən, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Dünən, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Dünən, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Dünən, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Dünən, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Dünən, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 195
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə