“Sabah” çempionluğu “Neftçi”yə acıq verə-verə qeyd etmək istəyir – açıqlama

7.05.2026 13:53 161
Ölkə futbolu / Aktual
Sona 4 tur qalmış çempionluğu rəsmiləşdirən “Sabah”ın qızıl medalları nə vaxt boynundan asacağı hələ bəlli deyil. PFL-dən saytımıza verilən məlumata görə, bununla bağlı tədbir böyük ehtimalla ya komandanın son ev matçında, ya da mövsümün son oyununda keçiriləcək.

Bəs, “bayquşlar” çempionluğu azarkeşləritylə birgə qeyd etmək istəyirmi? Bununla bağlı hansısa mərasim təşkil olunacaqmı?

Bu sualları Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq. Onun “Football-plus.az”a cavabı:

“Əlbəttə, belə mərasimin təşkil edilməsi nəzərdə tutulub. Lakin hələ bəzi məsələlər müəyyənləşməyib. Dəqiqləşəndən sonra tədbirin hansı oyunda olacağıyla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Bildirək ki, “Sabah” mayın 8-də “Kəpəz”i, 15-17-si aralığında “Neftçi”ni qəbul edəcək. Böyük ehtimalla, komanda çempionluğu məhz prinsipial rəqibi olan “ağ-qaralar”la matçda qeyd etmək niyyətindədi.

KƏNAN BAHADIR