"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandeşin durumuna aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, o, klubla müqaviləsini daha bir il uzadıb. Bu barədə jurnalist Sezar Luis Merlo məlumat verib.
Qeyd edək ki, 22 yaşlı argentinalı qışda "Benfika"nı "zadəganlar"a dəyişib. O, "Çelsi" ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.