Andre-Pyer Jinyak “Tiqres”dən ayrılıb. Onun bundan sonra karyerasını davam etdirib-etdirməyəcəyi hələ ki məlum deyil.
"Football-plus.az" xəbər verir ki, 40 yaşlı hücumçu 11 il idi Meksika klubunda çıxış edirdi. Fransa yığmasının sabiq üzvü olan Jinyak gözlənilmədən 2015-ci ildə 29 yaşında olarkən “Tiqres”ə keçmişdi. Həmin il “Marsel”in heyətində Liqa 1-də 21 qol vuran hücumçu qərarı ilə bütün Avropanı təəccübləndirmişdi.
Fransız futbolçu ötən müddətdə “Tiqres”in əfsanəsinə çevrilməyi bacarıb. O, 11 il ərzində bu komandada 355 oyun keçirib, 193 qol vurub və 5 kubok qazanıb. Azarkeşlər son oyunda Andre-Pyerə hörmətlərini tribunlarda onun soyadını lövhələrlə təsvir etməklə ifadə ediblər.
Xatırladaq ki, Jinyak uzunmüddətli karyerası ərzində ölkəsində “Loryan”, “Pau”, “Tuluza” və “Marsel” klublarının formasını geyib. Onun Fransa yığmasında 2009-16-cı illərdə 36 oyuna 7 qol vurduğunu da qeyd edək.