• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qvardiola: “Sevilya”nın Avropa Liqasındakı uğurları qarşısında şlyapamı çıxarıram”

Dünya futbolu

14-08-2023, 23:0

Avqustun 16-da Yunanıstanın Pirey şəhərində UEFA Superkuboku uğrunda matç keçiriləcək.

“Football-plus.az” xəbər verir ki, son mövsümdə uyğun olaraq, Çempionlar Liqası və Avropa Liqasının qalibi olan “Mançester Siti” ilə “Sevilya”ya qarşılşacaqlar.

İngiltərə klubu oyunun aşkar favoriti sayılır. Ötən mövsüm “trebl”ə imza atan “şəhərlilər” dayanmaq fikrində deyil. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola görüşlə bağlı UEFA-nın rəsmi saytına müsahibə verib. 52 yaşlı mütəxəssis komandası və “Sevilya”nın çalışdırıcısı Xose Luis Mendilibar haqda danışıb.

Çempionlar Liqasındakı qələbə
Həqiqətən də çox çətin turnirdi. “Mançester Siti” daha əvvəl heç vaxt sözügedən titula sahib çıxa bilməmişdi. Bu səbəbdən belə uğura nail olduğumuza görə çox sevincliyik. Bununla çox fəxr edirik. Premyer-liqada 5 uğurlu mövsümümüzdən sonra hər kəs Çempionlar Liqasında qələbə qazanmayacağımız təqdirdə uğurlarımızın tam olmayacağını deyirdi. İndi başqa dəlil tapmalı olacaqlar. Ən vacib odu ki, uzun müddət bu uğurun astanasındaydıq və gec-tez titula sahib çıxacağımızı bilirdik.

Finaldan əvvəl komanda ilə söhbəti
Ümumiyyətlə, futbolçulara heç nə demədim. Zaman bizi öyrətdi ki, komanda rahatlaşanda fikrini heç nə yayındırmır. Artıq 7 ildi birgəyik və bir-birimizi yaxşı tanıyırıq. Bu, sadəcə, mövsüm ərzində gördüyümüz ağır işin daha bir mərhələsi idi. Rəqibin nə qədər güclü olduğunu bilirdik, belə də oldu. Həmçinin üzləşəcəyimiz və tam qurtula bilmədiyimiz gərginlik haqda da bilirdik. Çempionlar Liqasında ilk dəfə qalib gələndə emosional cəhətdən həmişə çətindi. Bəlkə də yenidən finala vəsiqə qazansaq, hər şey bir qədər fərqli olacaq.

De Bruynenin zədəsi
Çox məyusedici idi, çünki eyni hadisə ikinci dəfə Çempionlar Liqasının finalında təkrarlandı. Kevinin meydanda çox fəal olduğunu görürdüm, onu topla təchiz edə bilirdik. Bu mənada bizim üçün çox vacib futbolçudu, zədəsi isə gözlənilməz oldu. Həmin anda yalnız hansı oyunçunun meydana çıxa biləcəyini və nə edəcəyini düşünürdüm. De Bruyne indiki heyətdən hələ əvvəlki baş məşqçi ilə işləyən yeganə futbolçudu. Onunla xüsusi münasibətlərimiz var, çox şeydən birlikdə keçmişik. Tez-tez mübahisə edir və tez-tez də qucaqlaşırdıq. Və nəhayət, bir-birimiə “bunu bacardıq” deyə biləcəyimiz an yetişdi.

Xose Luis Mendilibar
Onu hələ “Barselona”da olduğum vaxtlardan tanıyıram. “Sevilya”dakı vəziyyəti qəfil dəyişdi. Mendilibarın komandasının oyununa baxanda dərhal onun təsirini görürsən. Hücumlara sürətli çıxır, cinahlardan əla istifadə edir, cinahlardan çoxlu asmalar və yerlə ötürmələr edir, həmçinin, cərimə meydançasına topla yüksək səviyyədə daxil olurlar. “Sevilya”nın Avropa Liqasındakı uğurları qarşısında şlyapamı çıxarıram. Bu inanılmazdı! Onlar avrokuboklarda əla nəticələr qazanmağı bacarırlar. Superkubok uğrunda matç maraqlı alınacaq. “Sevilya”ya qarşı oynacağımıza və uzun fasilədən sonra yenidən Mendilibarla görüşəcəyimə görə şadam.

“Uembli”dəki ÇL finalı
Bu stadionla bağlı çox yaxşı xatirələrim var. Orda yarımfinal mərhələsində bir neçə məğlubiyyətim olsa da, amma finallar çox yaxşı alınıb. 1992-ci ildə baş tutmuş həlledici oyunu xatırlayıram. Həmin vaxt köhnə “Uembli”də futbolçu qismində “Barselona”ya tarixində ilk Çempionlar Kubokunu qazanmağa kömək etmişdim. Bu, əla idi. Sonra isə artıq “Barselona”nın baş məşqçisi kimi 2011-ci ildə “Uembli”də “Mançester Yunayted”də qalib gəlmişdim. Ancaq irəli uzun yol var. Görəcəyimiz işlər çoxdu. Yeni mövsüm hələ indi başlayır, lakin növbəti finalın da “Uembli”də baş tutacağı yaxşıdı. Gözəl şəhərdə yerləşən fantastik stadiondu. UEFA isə turniri inanılmaz səviyyədə təşkil edəcək, buna heç bir şübhəm yoxdu.

Mendilibar: “Qvardiolanın oyunla bağlı minlərlə variantı var”
“Sevilya”nın baş məşqçisi Xose Luis Mendilibar da UEFA Superkuboku ərəfəsində Avropa futbol qurumunun rəsmi saytına müsahibə verib. 62 yaşlı mütəxəssis bu ilin martında Andalusiya klubunun “sükanı arxasına” keçdi. O, qısa müddətdə nəinki komandanın La Liqada yerini qorumasını rəsmiləşdirdi, həmçinin “qırmızı-ağlar”ın tarixində 7-ci dəfə Avropa Liqasının (əvvəlki adı ilə UEFA kuboku - red.) qalibi olmasında vacib rol oynadı. Mendilibar açıqlamalarında “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya hörmətindən və müdafiəçi Xesus Navasa heyranlığından danışıb.

Avropa Liqasındakı qələbə
Oyunsonrası penalti seriyasında futbolçularımızın zərbələri necə yerinə yetirdiklərinə baxmırdım. Təkcə “Roma”nın oyunçularının cəhdlərini izləyirdim. Əvvəlcədən buna hazırlaşmamışdıq, çünki məşqdə və 60 min azarkeşin gözü qarşısında penalti vurmaq fərqli şeylərdi. Buna baxmayaraq, futbolçularımın zərbələri yaxşı alındı. Həmin finaldan əvvəl La Liqada qaldığımızı qeyd etmişdik. Avropa Liqasındakı qələbə ilə müqayisədə emosiyalar tam fərqli idi. Fikirləşirdim ki, oyunçularla birgə mən də tullanım? Bəs paltardəyişmə otağına gələndə nə edim? Gizlənim? Həqiqətən də özümü necə aparmalı olduğumu bilmirdim.

“Sevilya”ya təsiri
Bura gələndə özünü itirmiş və başını aşağı salmış futbolçuları gördüm. Onlardan sakitləşməyi və vəziyyəti qəlizləşdirməməyi xahiş etdik. Hər şeyi doğru başa düşdülər. Nəticələrimiz yaxşılaşdı, bu isə onları gördüyümüz işə inanmağı məcbur etdi. Oyunçuların diqqətini mənfi yox, müsbət amillərə çəkdim. Onlara bu günə qədər çalışdırdığım ən yaxşı kollektiv olduqlarını həmişə göstərməyə çalışdım.

Qvardiola ilə görüşü
Asan olmayacaq. Qvardiola baş məşqçi kimi nə qədər böyüdüyünü göstərdi. İldən-ilə öz səviyyəsini sübut etdi və “Mançester Siti” ilə Çempionlar Liqasının qalibi olmaqla hədəfinə çatdı. Bu komandanın qarşısını almaq çətindi, çünki Qvardiolanın oyunla bağlı minlərlə variantı var. Əla mütəxəssisdi. Onlar üçün də finaldı, matç çətin keçəcək.

Xesus Navas
Futbolda hər şeyə nail oldu. Məşqə gələn, sonra isə doğma kəndinə yollanan və dostları ilə istirahət edən futbolçudu. Sanki böyük uşaqdı, ancaq onunla işləmək ləzzət edir. Bəzən onun üzərində nəzarəti ələ almaq lazımdı. Bir qədər narahat insandı, ancaq 37 yaşı var, fiziki forması ilə 27 yaşlı oyunçunu xatırladır. Hərdən Navası qucaqlamaq və sakitləşdirmək tələb olunur. Hərçənd əksər futbolçular buna ehtiyac duyur.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-10-2022, 13:0

"Arsenal" hazırda "Mançester Siti"dən daha yaxşıdı" - Qvardiola

Dünya futbolu

7-08-2022, 12:0

Qvardiola "Mançester Siti"də qalacaq

Dünya futbolu

4-02-2023, 23:0

“Mançester Siti”də növbəti itki

Dünya futbolu

5-06-2023, 19:0

İspaniya klubları avrokubokların finalında çox amansızdı!

Çempionlar Liqası

10-06-2023, 21:0

Çempionlar Liqası: "Mançester Siti" və "İnter"in start heyətləri

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Dünən, 12:57
    "İmişli"də ayrılıq
  • Dünən, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Dünən, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Dünən, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Dünən, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Dünən, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Dünən, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Dünən, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Dünən, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Dünən, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 195
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə