“Real”da Kilian Mbappe ilə bağlı gözlənilməz qərar qəbul edilib.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi Alvaro Arbeloa Kilian Mbappeni mayın 10-da “Barselona” ilə keçiriləcək “El Klasiko” matçında start heyətində meydana buraxmağı planlaşdırmır. Fransalı hücumçu zədəsini tam sağaltsa belə, bu qərarın dəyişməyəcəyi bildirilir.
Kilian La Liqanın 32-ci turunun “Betis”lə matçda zədələnib. Yeri gəlmişkən, onun bərpa dövründə etdiyi səfərlər azarkeşlərin narazılığına səbəb olub.