Kristian Kivu “İnter”i da uzun müddət çalışdırmaq imkanına malikdi. İtaliya klubu baş məşqçi ilə müqaviləsini yeniləyəcək.
"Football-plus.az" xəbər verir ki, insayder Nikolo Şkiranın yaydığı məlumata görə, tərəflər arasında son həftələr aparılan danışıqlar son mərhələdədi və mövsümün sonunda anlaşma rəsmən açıqlanacaq. Yeni müqavillə 2028-ci ilin yayına qədər qüvvədə olacaq. Rumıniyalı mütəxəssis ilə təxminən 4 milyon avro qazanacaq.
Xatırladaq ki, mayın 3-də “İnter” A seriyasında çempionluğu təmin edib. Kivu komandanı ötən yaydan çalışdırır.