Bu gün Çempionlar Liqasında yarımfinalın digər cavab görüşü keçirilib. “Bavariya” Münhendə PSJ-ni qəbul edib. Xatırladaq ki, bu komandalar arasında Parisdə keçirilən ilk oyunda Paris təmsilçisi 5:4 hesabıyla qalib gəlib. “Football-plus.az” xəbər verir ki, mayın 30-da keçiriləcək final görüşünə çıxacaq komandalardan biri artıq bəllidi. “Arsenal” dünən evdə “Atletiko”ya 1:0 hesabıyla qalib gəlməklə (ilk oyun – 1:1) finala vəsiqəni təmin edib. Bu gün isə PSJ finala vəsiqə qazanıb. "Bavariya" uzatma dəqiqələrində məğlubiyyətdən qaçsa da, əlavə vaxta aparacaq qolu vura bilməyib.
Bavariya (Almaniya) – PSJ (Fransa) 1:1
Harri Keyn, 90+4 - Usman Dembele, 3.
İlk oyun – 4:5.