Ölkə kubokunun finalına böyük maraq - 6 min bilet satıldı!

6.05.2026 17:48 68
Ölkə futbolu / Aktual
Bilindiyi kimi, "Sabah"la "Zirə" mayın 13-də Bizon ölkə kubokunun final matçında üz-üzə gələcək.

Düzdü, oyuna hələ 1 həftə qalıb. Lakin indidən matç üçün marağın böyük səviyyədə olduğu məlumdu. Çünki "Football-plus.az"ın əldə etdiyi məlumata görə, artıq 6 min bilet satılıb!

Xatırladaq ki, "Palms Sports Arena"da keçiriləcək qarşılaşma saat 20.00-da start götürəcək. Bu stadionun tamaşaçı tutumu 10289 yerlikdi.

KƏNAN BAHADIR