Əvəzedicilər Liqasında 25-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.
"Football-plus.az"ın məlumatına görə, ölkəmizin fəaliyyətdə olan ən təcrübəli hakimi. FİFA referisi Əliyar Ağayev də bu tura təyinat alıb. Belə ki, o, “Zirə-2” – “Sumqayıt-2” matçının baş hakimi olacaq.
Xatırladaq ki, Əliyar Ağayev Bizon ölkə kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz" - "Zirə" matçında "qartallar"ın əleyhinə olan iki penaltini təyin etmədiyinə görə cəzalandırılmışdı. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da onun ciddi səhvlərə yol verdiyini təsdiqləmişdi.