AFFA Riad Rəfiyevlə Saşa İliçi cəzalandırdı

6.05.2026 16:51 62
Ölkə futbolu
AFFA İntizam Komitəsi "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, qərarlar komitənin bugünkü iclasından sonra açıqlanıb.

Misli premyer-liqasında 30-cu turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edillib

Oyun bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edilib.