Çempionlar Liqasında finala vəsiqə qazanan “Arsenal"ı 55 il əvvəlki rekordunu təkrarlayıb.
"Football-plus.az" xəbər verir ki, paytaxt komandası buna yarımfinaln “Atletiko” ilə keçirilən cavab oyununda (1:0) nail olub. Londonlular bu mövsüm 41-ci qələbəsini qazanmaqla klub rekordunu təkrarlayıblar. “Arsenal” 1970/71 mövsümündə də 41 qələbə qazanıb.
Xatırladaq ki, Mikel Artetanın komandası ötən həftə İspaniyada keçirilən ilk oyunda “Atletiko” ilə heç-heçə (1:1) etmişdi.