“Bavariya”nın yay transfer əməliyyatları üçün planı məlum olub.
"Football-plus.az" xəbər verir ki, Münhen klubu müdafiəni gücləndirmək üçün 4 namizədi nəzərdən keçirir:
Kim Min Ce (Napoli), Pau Torres (Vilyarreal), Mikki van de Ven (Volfsburq) və Kayl Uokerin (Mançester Siti) Almaniyanın dəyişməz çempionuna qoşulmaq şansı var.
“Bavariya” rəhbərliyi yarımmüdafiəçilər arasında Pyer-Emil Höybyerq (Tottenhem) və Kay Havertsə (Çelsi) üstünlük verir. Yeni hücumçulardan isə Randal Kolo Muani (Ayntraxt F), Duşan Vlahoviç (Yuventus), Harri Keyn (Tottenhem) və Viktor Osimhenin (Napoli) namizədliyi nəzərdən keçirilir.