Başa çatan “futbol ili”ndə xoş təsir bağışlayan “Turan Tovuz”un yeni mövsümdə daha iddialı olacağı gözlənilir. Tovuz təmsilçisinin artıq bu yöndə əməli addımlar atacağı da gəzən söz-söhbət arasındadı.
Ayxan Abbasovun istəyinə uyğun “boz qurd”ların rəhbərliyi artıq bir neçə futbolçu ilə ortaq məxrəcə gəlib ki, bu barədə xəbər vermişik.
Dünən redaksiyaya daxil olan məlumata inansaq, tovuzlular artıq yeni hücumcu ilə razılığa gəliblər.
“Football-plus.az”a daxil olan məlumatı dəqiqləşdirmək üçün “Turan Tovuz”un baş məşqçisi ilə əlaqə saxladıq. Ayxan bəy hazırda ölkə xaricində istirahətdə olsa da, bizi maraqlandıran məsələyə aydınlıq gətirdi: