Elvin Yunuszadə Tərlan Əhmədovun "Kəpəz"dən ayrılmasına reaksiya verdi

15.06.2023 22:15 704
Ölkə futbolu / Manşet
Tərlan Əhmədov "Kəpəz"ə gəldikdən sonra 4 futbolçunu "persona non qrata" elan etdi.


Söhbət Rauf Əliyev, Əfran İsmayılov, Elvin Yunuszadə və Əli Səmədovdan gedir. Sonuncu qış fasiləsində "Şamaxı"ya keçsə də, təcrübəli "muşketyorlar" müqavilələrində qeyd olunduğu kimi mövsüm sonuna kimi komandada qalacaqlarını bildirdilər. Sonradan Rauf ilə Əfran təzminat almaqla karyeralarını bitirdilər. Elvin Yunuszadən isə müqaviləsinin sonuna kimi "Kəpəz-2"də oynadı. İş elə gətirdi ki, "Kəpəz"i elitada saxlayan Tərlan Əhmədovun özünü yola saldılar. Vaxtilə baş məşqçinin yola getmədiyi oyunçulardan Elvin Yunuszadədən məsələylə bağlı reaksiya aldıq: 

"Futbolda oyunçular və məşqçilər gəldi-gedərdi. Ona görə də maksimum çalışmaq lazımdı ki, mehribanlıq olsun. Yəni, bir komandada heç kim daimi deyil. Ona görə futbolçular ilə məşqçilər elə münasibət qurmalıdı ki, sabah hardasa üz-üzə gələndə hal-əhval tutub əlini sıxa biləsən. Tərlan Əhmədovun mənə etdiyi haqsızlıq artıq arxada qalıb. İstənilən halda onun mənə və komanda yoldaşlarıma qarşı haqsızlığı nəticəsiz qalmadı. Sonda Tərlan Əhmədovun özü də "Kəpəz"dən yola salındı".


ABDULLA İSMAYILOĞLU