• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Prosineçki Türkiyə futbolunun problemini nədə görür?

Dünya futbolu

18-05-2023, 18:0

Robert Prosineçki tək Türkiyə yox, Azərbaycan futbol ictimaiyyətinə də gözəl tanışdı.

“Football-plus.az” xəbər verir ki, qardaş ölkədə “Kayserispor” və “Dənizlispor”u çalışdıran xorvatiyalı mütəxəssis 2014-17-ci illərdə yığmamızda da işləyib. Ən son 2022-nin yayında Sloveniya təmsilçisi “Olimpiya”dan ayrılan və o vaxtdan bəri işsiz olan 54 yaşlı çalışdırıcı hazırda Türkiyədədi. “Fanatik” nəşri fürsətdən istifadə edərək onunla söhbətləşib. Prosineçki Türkiyə futbolunun problemlərindən, superliqadakı çempionluq mübarizəsindən və başqa məqamlardan danışıb.

Yaxşıca düşünüb doğru qərar verməyə çalışacam
* “Barselona” və “Real” kimi klublarda oynamışam. Böyük klubların və onların fanatlarının nə istədiklərini bilirəm. Çünki futbolçu karyeramda bununla bağlı böyük təcrübə toplamışam. Elə baş məşqçi kimi də yetərincə təcrübəm var. Futbol sevgisi və ehtirası çox yüksək olan insanam. Bu sevgini, ehtirası gördüyüm, hiss etdiyim klubda işləmək istəyirəm. “Kayserispor”da hər iki dönəmimin uğurlu keçdiyini düşünürəm. Xüsusilə də ilk dönəmimdə yaxşı performans sərgiləmişdik və Türkiyənin böyük klublarından təkliflər almışdım. Amma o dönəmdə bəzi səbəblər üzündən danışıqlar prosesi başa çatmamışdı. Görüşlər yarımçıq qalmışdı. Türkiyədəki futbolu sevirəm. Çünki burda insanlar öz klublarına qəlbən bağlıdı. Yenə bəzi təkliflər var. Yaxşıca düşünüb doğru qərar verməyə çalışacam.

Türkiyədə böyük klubun başında çempion olmaq asandı
* Türkiyədə böyük klubun başında çempion olmaq asandı. Çünki arxanda böyük azarkeş ordusu olur. Ənənələri olan klubda işləmək məşqçiyə əlavə güc verir. Bununla yanaşı, həmin klubların maliyyə dayaqları da güclü olur. Məşqçinin istədiyi bütün oyunçular transfer edilir. Məşqçiyə qalır yalnız heyəti düzgün müəyyənləşdirmək, oyunçuları formada saxlamaq və sabit nəticələr əldə etmək. Heyətin düzgün planlaşdırılması burda ən önəmli məqamdı. Oyunçular gərək məşqçinin oyun sisteminə uyğun seçilsin. Ehtiyat qüvvə də güclü olmalıdı. Bu cür şərtlərlə Türkiyədə hədəfə çatmaq mümkündü. Digər tərəfdən heyətdə 25-30 futbolçu varsa və onların hamısı eyni səviyyədədisə, bu, məşqçi üçün əlavə üstünlük yox, qarışıqlıq yaradır.

“Fənər”də heç kim növbəti oyunda oynayıb-oynamayacağını bilmir
* “Fənərbaxça”nın hər il böyük pullar xərcləməsinə rəğmən, uğursuz olmasının əsas səbəbi məhz budu. Mən futbolçu kimi ulduz idim. Fiziki cəhətdən problemim yox idisə və sağlam idimsə, həftəsonu yüz faiz heyətdə olacağımı bilirdim. Heç bir oyundan öncə start heyətinin açıqlanmasını səbirsizliklə gözləmirdim. Çünki buna ehtiyacım yox idi. Ulduz oyunçu yaxşı oynamasına rəğmən, hər həftə heyətdə olub-olmayacağını bilməyəndə istədiyi performansı sərgiləyə, komandaya lazımi dərəcədə fayda verə bilmir. Nəticə yaxşı olduqda bu duruma düşən futbolçu özü-özlüyündə şikayət edir. Amma nəticələr pisləşən kimi şikayətini mətbuatda dilə gətirir. Belə şeylər komandada ab-havanı pozur. “Fənərbaxça”da heç bir oyunçu növbəti oyunda start heyətində olub-olmayacağını bilmir. Futbol hər yerdə eynidi. Müasir futbolda ən güclü klubların start heyətini asanlıqla saymaq olar. Çünki futbol təkrar və alışqanlıq tələb edir. Rotasiya, təbii ki, lazımdı. Amma hər həftə yox. Hər tur rotasiya etmək komandada xaos yaradır.

“Fənər” Arda Gülərdən daha çox fayda götürə bilərdi
* Futbol istedadlı oyunçuların fərq yaratdığı bir oyundu. Hər komandada belə istedadlar yoxdu. Ona görə də əlinə özəl bir istedad düşən komanda dərhal ondan faydalanmalıdı. Onun özünəinamının və səviyyəsinin artmasına yardım etməlidi. Təkcə sözlə oyunçunun özünəinamını artırmaq mümkün deyil. Bunun bir çıxış yolu var: hər həftə həmin futbolçuya şans vermək və ona özəlliklərini göstərməsinə yardım etmək. Türkiyədə hazırda bu meyara uyğun gələn yeganə futbolçu Arda Gülərdi. Bunu onun yaşına görə söyləmirəm. Əlində Arda Gülər səviyyəsində futbolçu varsa, onu oynatmalısan! Düzdü, mövsümün sonuna yaxın daim oynamağa başladı. Amma məncə, “Fənərbaxça” bu mövsüm ondan daha çox fayda götürə bilərdi.

“Qalatasaray” artıq çempionluğu əldən verməyəcək
* “Fənərbaxça”nın son turda “Girəsunspor”la oyundakı xal itkisinə qədər çempionluq şansı heç də pis deyildi. Amma həmin xal itkisindən sonra vəziyyət dəyişdi və üstünlük yenə “Qalatasaray”ın tərəfinə keçdi. Onların mövsümün qalan hissəsində çempionluğu əldən verəcəklərini düşünmürəm. “İstanbul BŞ” kimi güclü rəqiblə oyunda da qalib gəlməklə çempionluğu nə qədər çox istədiklərini göstərdilər. Okan Buruk mövsümü əvvəldən sona qədər ideal keçirmədi. Arada yanlış qərarları da oldu. Amma onun ən böyük üstünlüyü ideal “11-liy”ini qurması, heyəti oturtması oldu. Bəzən oyunçular yaxşı performans sərgiləməyə bilir. Amma komandanı yıxılmağa qoymayan şey oyun gücüdü və bu da sabit heyət nəticəsində əldə olunur.

Türkiyədə doğru sistem qurulsa...
* Xorvatiyanın baş məşqçisi Zlatko Daliçin Türkiyə ilə oyundan öncə dediyi sözlərin müzakirələrə səbəb olduğunu bilirəm (Daliç “3,5 milyonluq Xorvatiya 80 milyonluq Türkiyədən daha çox oyunçu yetişdirir və daha yaxşı nəticələr əldə edir” demişdi – red.). Türkiyəni çox sevən və bura tək futbola görə yox, ölkə olaraq da bağlı olan bir insan kimi deyə bilərəm ki, doğru sistem qurulsa, Türkiyə futbolu dünyanın öndə gələn liqalarından birinə çevrilə bilər. Bunu edə bilməyiniz üçün düzgün bir təhsil sisteminə ehtiyacınız var. Bir futbolçunun ulduz olması üçün təkcə onun futbol təhsili alması yetərli deyil. “Dünya vətəndaşlığı” deyilən bir şey var. Türkiyəli oyunçular futbolçu kimi yetişməklə yanaşı, xarakterlərini, fərdi keyfiyyətlərini də paralel şəkildə yetişdirməlidi. Bu da əslində bütün ölkənin planlaşdırması üzrə həyata keçirilməlidi. Xorvatiya bunu çox gözəl həyata keçirdi və keçirməkdə də davam edir. Hərçənd müqayisə etdikdə görərik ki, Türkiyə daha yaxşı şərtlərə, bazalara, stadionlara, futbol iqtisadiyyatına malikdi. Burda futbola maraq da böyükdü. İnsan resursu da yetərincədi. Yəni hər şey var. Çatışmayan isə düzgün planlaşdırma və bu sistemi ortaya qoya biləcək insan gücüdü. Hər kəs bu işin altına girə bilməz. Bilik səviyyəsi, təcrübəsi yüksək olan, ölkənin bütün reallıqlarını bilən şəxslərin gətirəcəyi bir sistemlə Türkiyə futbolu tam yeni və güclü səviyyəyə qalxa bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-03-2022, 14:0

Prosineçki özünə iş tapdı

Premyer-liqa / Manşet

6-12-2022, 10:0

Prosineçki Azərbaycana qayıdır: Bu dəfə klubda çalışacaq - İDDİA

Aktual
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Son xəbərlər
  • Bu gün, 20:57
    Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
  • Bu gün, 20:26
    ''Fənərbaxça'' Edersonun menecerini İstanbula çağırdı
  • Bu gün, 19:55
    "Kəpəz" uduzdu, "Sumqayıt" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 19:26
    “Turan” ölkə çempionu oldu
  • Bu gün, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Bu gün, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Bu gün, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
Daha çox
Oxunub: 257
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 242
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 230
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 170
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 145
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə