Robert Prosineçki yenidən Azərbaycanda çalışa bilər.
Football-plus.az xəbər verir ki, bu barədə Xorvatiya mediası məlumat yayıb.
İnformasiyada bildirilir ki, mütəxəssis "Neftçi"ni çalışdıra bilər. 6 aydı ki, işsiz olan Prosineçki Laurentsiu Regekampfı əvəz etməyə əsas namizədlərdəndi.
Qeyd edək ki, 53 yaşlı məşqçinin sonuncu çalışdırdığı klub "Olimpiya" (Lyublyana) olub. Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan milli komandasının çalışdırıcısı olub.