• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bəyənib komandaya cəlb edirik, ancaq ata və ya ana qızını futbola buraxmır” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

15-05-2023, 20:0

Cari mövsümdə Qızlar yüksək liqada sona 2 tur qalmış Sabir Mütəllimovun çalışdrdığı “Sumqayıt”ın çempionluğu rəsmiləşdirdiyini ötən saylarımızın birində xəbər vermişdik.

Sabir bəylə söhbətdə həm komandası, həm də ölkədə qadın futbolunun ümumi durumu barədə danışdıq.

- Öncə çempionluq münasibəti ilə sizi və komandanızı təbrik edirik.
- Çox sağ olun.

- Mövsümlə bağlı fikirlərinizi bölüşərdiz...
- Çempionatda 10 komanda mükafatlar uğrunda mübarizə aparırdı. Mövsüm başa çatmasa da, artıq çempion olacağımız rəsmiləşib. Cari mövsümdə 6 çətin oyunumuz oldu. Həm “Neftçi”, həm “Xırdalan Siti”, həm də 8 saylı İOEUGİM çempionluq uğrunda mübarizə aparırdı. Ancaq biz bu mübarizədən qalib ayrıldıq. 17 matçın 13-də qalib gəlib, 4-də heç-heçə etmişik. Çempionatda məğlubiyyət acısı dadmayan yeganə komandayıq.

- 2019-cu ilə qədər Sumqayıtda rəhbərliyiniz altında komanda var idi. Pandemiya dönəmində həmin kollektiv fəaliyyətini dayandırdı. Ötən yay yenidən komanda formalaşdırmalı olduz. Azərbaycan mentallığını nəzərə alsaq, yeni, həm də çempion komandanı qurmaq çətin olmadı?
- Hər işdə çətinlik var. Ancaq bir şeyi çox istəyirsənsə, bütün maneələri keçib ortaya normal iş qoymaq mümkündü. Pandemiya dönəmində köhnə kollektivin əksər üzvləri başqa sahələrə üz tutdu. Bu səbəbdən ötən yay yeni komanda fortmalaşdırmaq məcburiyyətində qaldım. Komandaya sumqayıtlı qızlarla yanaşı, Bakıdan və rayondan futbolçu dəvət etdik. Hazırda “Sumqayıt”ın heyətində Bakıdan 4, Balakəndən isə 2 qış çıxış edir. Öz yetirmələrimiz də kifayət qədərdi. Sadəcə, onların yaşı azdı. Ona görə də lazımi qədər oyun təcrübəsi qazanmırlar. Qarşıdakı illərdə hamısı “Sumqayıt”ın əsas heyət üzvü olacaq.

- Qızlardan ibarət komandanı çalışdırmaq çətin deyil?
- Yenə deyirəm, hər sahənin çətinliyi var. Bizdə əsas problem mentallıqla bağlıdı. Çox valideyn qızını futbola buraxmaq istəmir. Uşaq özü futbol oynamaq istəyir. Müraciət edir, seleksiyadan keçir. Bəyənib komandaya cəlb edirik, ancaq ata və ya ana qızını futbola buraxmır. Belədə bütün planların alt-üst olur.

- Ümumiyyətlə ölkədə qadın futbolunun səviyyəsi necədi?
- Əladı söyləsəm, yalan demiş olaram. Bərbad demək də olmur. Ortadı. Qadın futbolu bütün dünyada inkişaf edir. Özünüz də görürsüz ki, hər il FİFA və UEFA səviyyəsində təşkil olunan tədbirlərdə xanım futbolçular arasında da ən yaxşıları seçirlər. Bu o deməkdi ki, ali qurumlar qadın futbolunun inkişafını istəyir. Biz də tədricən bu sahəyə daha çox diqqət ayırmalı, inkişafa çalışmalıyıq.

- Son tur ərəfəsində “Sumqayıt” çempionatda məğlub olmayan yeganə kollektivdi. Komandanın məhsuldarlığı da göz oxşayır -108 qol. Müdafiə də etibarlıdı - 17 matçda rəqiblər cəmi 8 dəfə sizi məyus edib...
- Çempionatın bombardiri Şəfəq Nəsirova komandamızın üzvüdü. Onun hesabında 64 qol var. Qapıçımız Dəniz də çox etibarlıdı. Ancaq bu o demək deyil ki, hər şeyə görə məhz bu futbolçulara borcluyuq. Hücumçü qol vurursa, deməli, yarımmüdafiə onu topla təmin edir. Qapıçımız az qol buraxıbsa, bunda müdafiəçilərimizin də böyük rolu var. Bir sözlə, balanslaşdırılmış komandayıq.

- Yığma səviyyəsində vəziyyət o qədər də xoş deyil. Qadınlardan ibarət milli, demək olar, qatıldığı bütün turnirlərdən əli ətəyindən uzun dönür. Uğur üçün nə lazımdı?
- İlk növbədə güclü çempionat. Çempionatın səviyyəsi artacağı halda milli də “artıracaq”. Buna isə müyyən vaxt lazımdı.

- Çempion olduğunuza görə klub rəhbərliyi və ya AFFA tərəfindən mükafatlandırılmısız?
- Mövsümdə son oyunumuz mayın 24-də baş tutacaq. Mükafatlandırma da onda olmalıdı. Yəqin ki, həm klub rəhbərliyi, həm də assosiasiya qızları sevindirəcək. Ümumiyyətlə, klubun prezidenti Riad Rəfiyev, idman direktoru Faiq Hacı-Məhərrəmov komandamızı daim diqqətdə saxlayır, lazımi şəraiti yaradır. Onlarla yanaşı, stadionda çalışan qadın əməkdaşların da komandaya marağı böyükdü. Hər dəfə səfər oyunlarından sonra bizimlə əlaqə saxlayır, necə oynamağımız, nəticə ilə maraqlanırlar.

- Zirvəyə yüksəlmək ağır zəhmət tələb edir, ancaq orda qalmaq daha çətindi. Növbəti mövsümdə çempion titulunu qorumaq çətin olmayacaq?
- Çalışacağıq zirvədəki yerimizi qoruyaq. Tədricən ehtiyat qüvvə də yetişməkdədi. Eşitdiyimə görə, növbəti mövsümdən qadın futbolunda da çempion olan komanda ölkəmizi avrokuboklarda təmsil edəcək. Belə daha yaxşı olar. Avrokuboka vəsiqə qızlara əlavə motivasiya verər.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

14-05-2023, 10:0

Premyer-liqa klubunun rəsmisi: “Rəhbərlik daim qadın futbolçularımıza qayğı göstərib”

İdman

24-04-2022, 00:0

EKOL-un kapitanı çempionluq anonsunu verdi - AÇIQLAMA

İdman

10-01-2023, 18:0

“Bu il çempionluq uğrunda mübarizə apara bilərik”

Aktual
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
"Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
Son xəbərlər
  • Bu gün, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Bu gün, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Bu gün, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Bu gün, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Bu gün, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Bu gün, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Bu gün, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Bu gün, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Bu gün, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Bu gün, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Bu gün, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Bu gün, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Bu gün, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Bu gün, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Bu gün, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Bu gün, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Bu gün, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Bu gün, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Bu gün, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Bu gün, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Bu gün, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Bu gün, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Bu gün, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Bu gün, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • Dünən, 23:25
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • Dünən, 23:13
    Velko Simiç daha 2 il “Sabah”da
  • Dünən, 22:02
    "Şamaxı" daha bir futbolçunu yola saldı
  • Dünən, 21:46
    “Mən rusam və rus kimi də qalıram” - Yevgeni Plyuşenkonun oğlu Azərbaycanı niyə seçib?
  • Dünən, 20:35
    Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad etdilər
  • Dünən, 20:03
    Güləşçilərimiz Xorvatiyada iki medal qazandı
  • Dünən, 19:03
    "Sabah" akademiyasının Qusar seçmələri başa çatdı
  • Dünən, 17:56
    “Tovuz stadionunda iş başa çatmayıb” – Nəsimi Paşayev
  • Dünən, 17:25
    Neapolu tezliklə tərk edəcək
Daha çox
Oxunub: 403
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 164
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 161
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə