Bu arada “Mersedes”in pilotu Corc Rassell maraqlıq açıqlama ilə diqqət çəkib.
Football-plus.az xəbər verir ki, idmançı komandasının 2023 mövsümündə çempion titulu uğrunda mübarizə aparması perspektivinə toxunub:
“Düşünürəm ki, bu il nail olduğumuz inkişafa və geriliyi aradan qaldırmaq sürətimizə nəzər salsaq, hədəfə çata biləcəyimizi demək olar. İnkişaf baxımından hansı hədəflərə çatmalı olduğumuz tam aydındı. Və mən tam əminəm ki, biz buna nail ola bilsək, “Red Bull” ilə rəqabət aparmağa qadir maşınımız olacaq. Hadisələrin inkişaf tempini nəzərə alaq, çox ümid edirəm ki, bu il çempionluq uğrunda mübarizə apara bilərik. Təbii ki, komanda halında görüşümüz olacaq. Həmin görüşdə il ərzində daha effektiv olmağın yollarını araşdıracağıq. Əmin olmalıyıq ki, təkcə mən yox, bütün komanda belə sərt mövsümdə ən yaxşı nəticəni göstərəcək”.