Premyer-liqa klubunun rəsmisi: “Rəhbərlik daim qadın futbolçularımıza qayğı göstərib”

14.05.2023 10:30 296
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 33-cü turunun "Sumqayıt" - "Səbail" qarşılaşmasından öncə cari mövsümdə qızlar arasında yüksək liqanın qalibi olan şəhərin eyniadlı komandasının üzvləri klub rəhəbərliyi tərəfindən mükafatlandırıldı.

Bununla bağlı daha detallı bilgi almaq üçün "kimyaçılar"ın mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq:

"2011/12 mövsümündən premyer-liqada çıxış edirik. Elə həmin ildən qızlardan ibarət komandamız da fəaliyyət göstərir. Həmişə də yüksək yerlər uğrunda mübarizə aparmışıq. Bir dəfə çempionatın qalibi, bir dəfə də üçüncü olmuşuq. Sadəcə, pandemiyanın pik vaxtında qızlardan ibarət komandamız fəaliyyətini dayandırdı. Təxminən 2 ildən sonra yenidən bərpa etdik və bu mövsüm çempion olmağı bacardıq. Onu da xüsusi qeyd edim ki, komandanın əsasını məhz Sumqayıtda yaşayan futbolçular təşkil edir. Rəhbərlik daim qadın futbolçularımıza qayğı göstərib, bundan sonra da bu ənənə davam etdiriləcək".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul