• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ramin Musayev: “Sizin kimi qorxaqların yanında olmaqdansa, qoy qan aparsın” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

1-05-2023, 14:0

Son bir neçə ayda onunla nə danışmışıq, nə də hardasa üz-üzə gəlmişik. Dünən redaksiya tapşırığına uyğun yubileyi ilə bağlı zəng vurdum. Və biranlıq çaşıb qaldım. Niyə? İzah edəcəm. Təsəvvür edin, redaksiyanın telefonu ilə zəng etdim və bilərəkdən özümü təqdim etmədən “salam, necəsiz” söylədim. Dəstəyin o başından “sağ ol, eloğlu, sən necəsən” söyləmişdi ki, açığı, yenə deyirəm, özümü biranlıq itirdim. İnsan necə fenomenal yaddaşa malik olmalıdı ki, ilk kəlmədən ona zəng vuranı tanısın...

İnsanların çoxu, içi mən qarışıq aylarla görmədiyi, əlaqəsi olmayan əzizinin, qohumunun səsini bəzən tanımır. Ancaq o unutmamışdı... Söhbət 14 il PFL-in prezidenti olan, ondan əvvəl “Neftçi”nin vitse-prezidenti kimi çalışan, xarizması, incə yumoru ilə çoxlarının rəğbətini qazanan, aprelin 26-da 60 yaşını tamamlayan Ramin Musayevdən gedir.

- Ramin müəllim, PFL-dən ayrılandan sonra nə işlə məşğulsuz?
- Demək olar, heç bir işlə məşğul deyiləm. İstirahət edirəm. Səninlə danışa-danışa ağacın altında oturub çay içirəm (gülür).

- Futbol üçün darıxmırsız?
- Qətiyyən.

- Düz sözünüzdü? Ola bilməz ki, uzun illər gərgin qrafikdə çalışan, klub rəhbərliyində təmsil olunan, PFL-ə rəhbərlik edən biri futbol üçün darıxmasın...
- Darıxıram, niyə darıxmıram? Evdə oturmaqdan darıxıram. Ancaq futbol üçün yox. İndi çox rahatam. Özün də qeyd etdiyin kimi, neçə illər istirahətsiz fəaliyyət, stressli, gərgin iş qrafiki. İndi bundan uzağam. Həm klub, həm də qurum rəhbəri olmuşam. Özü də hansı vaxtda! “Xəzər Lənkəran”, “Bakı”, “İnter” kimi klubların zamanında. “Neftçi”də işləyərkən bir futbolçu ilə danışırdıq, ayda 20 minə bizdə oynamağa razılıq verirdi. Üstündən bir saat keçməmiş eşidirdim ki, razılaşdığımız futbolçuya rəqiblər 50 min təklif edib. İllik 500 minə “hə” cavabını aldığım futbolçuya 1 milyon verirdilər.

PFL-də çalışanda da çox çətinlik oldu. İlk növbədə rüşvəti yığışdırmaq yönündə çalışdım. Hakimlər qeyri-rəsmi PFL-ə tabe olanda 27 nəfəri xoşagəlməz əməllərinə görə hakimlikdən uzaqlaşdırdım. Hər birini də sənəd-sübutla təsdiq edəndən sonra. Heç kim deyə bilməz ki, Ramin müəllim PFL rəhbəri kimi yerlibazlıq edib, qohum-qardaşını başına yığıb. Mən işibiləni qabağa çəkmişəm, ona güvənmişəm. Hamı ilə xoş münasibət olub, ancaq çərçivəni də keçməmişəm. Qısaca desəm, məsafə saxlamağı bacarmışam.

- Bəs çempionatı izləyirsiz?
- Bəli, oyunlara baxıram. Çox maraqlı mövsüm keçir. Düzdü, ilk “üçlük” məlumdu. Ancaq elitada qalmaq uğrunda gərgin mübarizə gedir ki, bu da premyer-liqaya rəng qatır. Fikrimcə, bir komandanın elitanı tərk etməsi, onun əvəzinə birinci diviziondan komanda gətirilməsi düzgün qərardı.

- Yubileyinizi harda keçirdiz, əhatənizdə kimlər var idi?
- Yubileyimi şəhərdəki restoranların birində qeyd etdik. Təxminən 80-ə yaxın dost-tanış toplaşmışdı. Səni qabaqlayaraq onu da deyim ki, ziyafətdə kimlərin olduğunu deməyəcəm. Sənə maraqlı olsa, başqalarından öyrənə bilərsən. Ancaq məndən bu barədə söz qoparda bilməyəcəksən (gülür).

- Yəqin ziyafətdə aşıq da var idi?
- Onsuz olmaz ki... Onda mən gürcüstanlı olmaram. Saz bizim keçmişimiz, tariximizdi.

- Siz həmişə yığmada yerli məşqçinin işləməsini istəmisiz. Ancaq AFFA növbəti dəfə Canni de Byazi ilə müqavilənin müddətini uzatdı. Onun rəhbərlik etdiyi komanda isə seçmə mərhələyə iki ağır məğlubiyyətlə start verdi. Milli, italiyalı mütəxəssis barədə nə düşünürsüz?
- Futbolda udmaq da olar, uduzmaq da. Bu futbolun qanunudu. Ancaq mənə bir məqam qaranlıq qaldı. Niyə millinin baş məşqçisi iki oyunda premyer-liqanın bombardiri Musa Qurbanlını meydana buraxmadı? Milliyə futbolçu hardan dəvət olunur? Təbii ki, çempionatdan. Sən bombardirə şans vermirsənsə, o biri futbolçular nə düşünəcək? İstər-istəməz onlar özlüyündə bu sual üzərində düşünəcəklər. Yığma sanki təzyiq altında meydana çıxır, üzərində psixoloji basqı hiss edir. Belə olan halda isə oyun alınmayacaq.

Sənə bir hadisəni danışım. “Neftçi”də işləyən vaxt “Turan”la oynayırdıq. Matçı udacağımız halda “Xəzər Lənkəran”la “qızıl oyun”a gedəcəkdik. İlk hissədən sonra 0:1 hesabıyla uduzurduq. Komanda sanki meydanda yox idi, heç nə alınmırdı. Fasilədə paltardəyişmə otağına daxil olub “niyə dizləriniz əsir, nədən qorxursuz”, - deyə sual verdim. “Uduzanda sizi asmayacaqlar ki” deyib özüm də bilmədən şüşəyə zərbə endirdim. Qolumdan qan açılanda hamı əl-ayağa düşdü. Futbolçulardan bəziləri “Ramin müəllim, sizi qan aparır” deyəndə, “sizin kimi qorxaqların yanında olmaqdansa, qoy qan aparsın” söylədim. Fasilə başa çatdı. İkinci yarıda “Neftçi”ni tanımaq olmurdu. Komanda meydanda rüzgar kimi əsirdi. Deməyim odu ki, futbolçulara güvənmək, onlara sərbəstlik vermək lazımdı. Nəticədə nə oldu? “Qızıl oyun”da da qələbə qazanan tərəf olduq. Millinin baş məşqçisi futbolçusuna güvənməlidi.

- Yığma zəif oynayan kimi hamı uşaq futbolunda yaşanan problemləri qabardır. Sizə elə gəlmir ki, bu bəhanədən başqa bir şey deyil?
- Düz vurğuladın. Həm premyer-liqada çıxış edən komandalar, həm də uşaq futbolunda hamı nəticə dalınca düşüb. Heç kim futbolçu yetişdirmək barədə düşünmür. Yenə tarixi vərəqləyəcəm. “Neftçi”də çalışan vaxt, daha dəqiq desəm, 2005-ci ildə öz puluma aşağı yaş qrupunda çıxış edən uşaqlara xarici pasport alıb İtaliyaya turnirə yolladım. İstəyirdim ki, azərbaycanlı balaları da Avropa görsün, ordakı həmyaşıdlarının qeyri-adi olmadığına şahidlik etsin. Həmin yaş qrupunda sonradan “Neftçi”nin əsas heyətində yer alan Mirabdulla Abbasov, Mirhüseyn Seyidov və adını indi xatırlamadığım uşaqlar çıxış edirdi. Klub rəhbərləri gələcəyə yatırım etməlidi, aşağı yaş qrupu üzrə komandaları imkan daxilində xaricə yollamalıdı. İnkişaf onda olacaq.

- Sizi yenidən futbol camiəsində görə bilərik?
- İnam və etimad olan yerdə ola bilər.

- Başqa nəsə demək istədiyiniz var?
- Başda Mahir Rüstəmli olmaqla bütün kollektivə salam söylə. Sizinlə də az davamız olmayıb (gülür). Hər birinizə minimum mən qədər yaşamaq, ailə səadəti arzulayıram.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

29-07-2022, 11:0

Ramin Musayev istefa verdi

Ölkə futbolu

30-07-2022, 11:0

"Ramin Musayevi hansı vəzifəyə çəkiblərsə, özünü doğruldub"

Aktual
“Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
“Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
“Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
İnqilab Məmmədov 2-ci liqada da qalmaqalla üzləşdi! – 4 qırmızı, 12 sarı vərəqə, dava-dalaş
“Neftçi” növbəti 1:5-dən qaçmaq üçün nə etməlidi? – yollar da var, adlar da!
Son xəbərlər
  • Bu gün, 13:41
    Son çempion ardıcıl 3-cü qələbəsini qazandı
  • Bu gün, 13:22
    266-cı “Superklasiko”da “Boka Xuniors” qalib gəldi
  • Bu gün, 12:53
    “Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
  • Bu gün, 12:24
    Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
  • Bu gün, 11:55
    Millimiz Pakistana qalib gəldi
  • Bu gün, 11:26
    “Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
  • Bu gün, 10:57
    Miılimiz Belarusa uduzdu
  • Bu gün, 10:28
    “Neftçi” ilə “Qarabağ”ın itkiləri açıqlandı - kimlər oynamayacaq?
  • Bu gün, 09:59
    Nəriman ABŞ kubokunda 90 dəqiqə oynadı
  • Bu gün, 01:07
    “Atletiko” - “Arsenal” oyununda qalib müəyyənləşmədi
  • Dünən, 23:42
    “Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
  • Dünən, 23:19
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:49
    "Şəfa" xal itirdi, "Mingəçevir" yenidən ikinci sırada
  • Dünən, 22:16
    MS-ni o da tərk edəcək
  • Dünən, 21:55
    Əməliyyatı uğurla keçdi
  • Dünən, 21:25
    Klubundan yeni təklif aldı
  • Dünən, 20:54
    Onun qiyməti şahə qalxdı
  • Dünən, 20:22
    PSJ-də Dembelenin rekordunu yenilədi
  • Dünən, 19:59
    “Komandamın cəsur futbol oynamasını istəyirəm” - “Böyük beşliy”in ilk qadın məşqçisi gələcəyə ümidlə baxır
  • Dünən, 19:36
    “Bavariya” treblə doğru daha bir addım atdı
  • Dünən, 19:05
    Roderik Miller "Qarabağ"a qarşı oynaya biləcəkmi? - rəsmi açıqlama
  • Dünən, 18:34
    Türkiyəli futbolçu İtaliya klubunda gözdən düşüb
  • Dünən, 18:03
    "Neftçi" - "Qarabağ" oyununu kim idarə edəcək?
  • Dünən, 17:46
    Sərgən Yalçın bu futbolçunu ''qara siyahı''ya saldı
  • Dünən, 17:15
    Tedesko İtaliya klubunun başına keçə bilər
  • Dünən, 16:44
    Azərbaycan derbisinə görə 20 min, cəmi 41900 manat – klublara cəza yağdı!
  • Dünən, 16:14
    Cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
  • Dünən, 16:00
    Daha bir gənc “Real”dan ayrılmaq istəyir
  • Dünən, 15:29
    "Ola bilsin, İliçin klubda belə azadlığı yoxdu..." - serb mütəxəssisin təhdidinə cavab
  • Dünən, 14:58
    AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyunda
  • Dünən, 14:27
    Tovuzda avrokubok həyəcanı: 32 illik həsrətə son qoyulur? - VİDEO
  • Dünən, 13:56
    "Sabah" Simiçlə Puxaç üçün 1 milyon avrodan artıq məbləğ ödəyəcək - klub rəsmisindən açıqlama
  • Dünən, 13:25
    ÇL-də hələ belə yarımfinal olmamışdı! - PSJ Münhenə 1 topluq üstünlüklə yollanacaq
  • Dünən, 12:54
    Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək
  • Dünən, 12:33
    AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçildi
Daha çox
Oxunub: 294
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 178
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 155
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 143
“Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
Oxunub: 130
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə