"Kəpəz"in əməkdaşları və tərəfdarları Novruz bayramında legioner üzvlərini ziyarət ediblər.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Paylaşımı təqdim edirik.
"Klubumuzun əməkdaşları və azarkeşlər Novruz bayramı münasibətilə Gəncədə olan futbolçuların - Mario Mustapiç və Mate Kvirkviyanın qonağı olublar.
Legionerlərə Novruz haqqında məlumatlar verilib, adət-ənənələrindən bəhs olunub.
Futbolçular yumurta döyüşdürüblər. Əyləncəli və gülüşlə qarşılanan mübarizənin qalibi Mate olub".


