• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah”ın dərdi var, “Sabah”... - YAZI

Yazarlar

22-02-2023, 12:0

Şəxsən mənim üçün “Sabah”ın “Turan Tovuz”a doğma meydanda uduzması təəccüblü deyildi. Özümü münəccim kimi göstərib, bu məğlubiyyəti gözlədiyimi iddia etmirəm. Amma iki səbəbdən bu qarşılaşmanın “Sabah” üçün çətin keçəcəyi gözlənilən idi.

Birinci səbəb “Turan Tovuz”un düşərgəsində əhval-ruhiyyənin yaxşı olmasıdı. Bu da kluba yeni sponsorun tapılması ilə bağlıdı. Təsadüfi deyil ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda ötən tur elə sponsorluq müqaviləsi bağlanandan dərhal sonra qərb derbisində “Kəpəz”i 2:0 hesabıyla məğlub etmişdi. Komandanın maliyyə problemlərini həll edəcək sponsorun tapılması futbolçular üçün əlavə motivasiya mənbəyinə çevrilib. Elə həmin əhval-ruhiyyə və “Kəpəz” üzərində qazanılan qələbinin verdiyi özünəinamla da “Turan Tovuz” Masazırda əla çıxış etdi.

Qeyd etdiyim kimi, “Turan Tovuz”un motivasiyası “Sabah”ın büdrəməsini şərtləndirən iki amildən biri idi. İkinci isə elə “Sabah”ın özüdü. Bu komandada aşkar xarakter problemi var. Komanda özünü “Qarabağ”, “Neftçi” kimi rəqiblərlə görüşə əla hazırlayır, futbolçular meydana döyüşə hazır cəngavər kimi çıxır. Sanki bütün güclərini də elə bu komandalara qarşı oyunlarda qoyur, ortabab və zəiflərlə görüşdə özlərini itirirlər. Bəli, ötən tur “Sabah” “Azərsun Arena”da “Qarabağ”a qarşı başabaş oynamışdı, çempionatın lideri qarşısında özünəlayiq rəqib görmüşdü. Elə “Qarabağ” və “Neftçi” ilə bu mövsüm keçirilən digər oyunlarda da belə olub. Təsadüfi deyil ki, “Sabah” “Neftçi”yə qarşı keçirdiyi hər üç görüşdə qalib gəlib. 3-cü turun açılış turundakı oyunda əməlli-başlı səviyyə fərqi hiss edilirdi. “Qarabağ”la qarşılaşmalar haqda da eyni sözü demək mümkündü. “Azərsun Arena”da keçirilən ilk dövrənin oyunu azarkeşlərə zövq vermişdi, “köhlən atlar” çox çətinliklə 3 xal qazanmışdı. 10 min azarkeşin izlədiyi ikinci dueldə hesab açılmamışdı. Və nəhayət, ötən tur liderlər yenə üz-üzə gəldi və hərəyə bir qol vurmaqla meydandan “sülh”lə ayrıldı.

Di gəl ki, “Sabah”ın həmin mübarizə əzmini, möhtəşəm oyununu biz başqalarına qarşı görə bilmirik. Ölkə kubokunda komanda əla bir fürsəti əlindən buraxdı. Eyni gündə “Qarabağ” “Qəbələ”yə uduzmaqla mübarizəni dayandırmışdı. Deməli, “Sabah” “Səbail”i keçməklə kubokun finalına yüksəlmək üçün əla fürsət qazanacaqdı. Özü də həmin vaxt “Səbail”i məğlub etməyən yox idi. Amma “Sabah” bunu bacarmadı, doğma meydanda uduzacaq qədər “qonaqpərvərlik” göstərdi. Murad Musayevin komandası “Turan Tovuz”la oyuna qədər “Qarabağ”dan başqa cəmi üç komanda ilə görüşdə qələbə qazana bilməmiş, heç-heçəylə kifayətlənmişdi. Komandaların adına diqqət yetirəndə onların “Şamaxı”, “Kəpəz” və “Səbail” olduğunu görürük. Fikrimcə, həm kubokdakı fiasko, həm də belə rəqiblərlə oyunlardakı xal itkiləri Murad Musayevə düşünmək üçün yetərincə mövzu verməlidi.

İşdi, Musayev belə ciddi problemlər üzərində baş sındırıb, nəticə çıxarmağa həvəsli deyilsə, bunu klub rəhbərliyi etməlidi. “Sabah”ın indiki səviyyəyə yüksəlməsi üçün yetərincə ciddi pullar xərclənib, bahalı futbolçular alınıb. Komandanın böyük potensialının olduğu şübhə doğurmur. Belə olmasaydı, “Sabah” “Qarabağ”la “Neftçi”yə qarşı əla oyun sərgiləyib, yaxşı nəticələr qazana bilməzdi. Amma komandanın oyununda sabitlik çatmırsa, deməli, baş məşqçinin və lider futbolçuların oyunlara yanaşmasında fərqlər mövcuddu. Bəli, “Sabah” heç də bütün rəqiblərinə ciddi yanaşmır. Yersiz xal itkilərinə, gözlənilməz büdrəmələrə başqa izah vermək çətindi. Komandanın motivasiya problemi var. Bəlkə də Murad Musayev bunu görə bilmir. Rusiyalı çətin məqamlarda soyuqqanlı davranmaq əvəzinə uşaq kimi çılğınlıq edir, dava-dalaş salmaq istəyir. Bir peşəkar məşqçiyə belə davranış yaraşmır, kənardan cığallıq kimi görünür. Görünür, onun yaşının və məşqçi kimi təcrübəsinin azlığı bu çılğınlığı şərtləndirir, zamanla bu problem həll olunacaq. Amma onda Murad bəy “Sabah”da çalışmaya bilər. Deməli, indiki halda onun davranışları kluba ciddi zərər vurur. Həm maddi, həm də mənəvi baxımdan.

“Sabah”ın oyunçularının adlarına baxıram. Heyət bahalı servislərin səliqəsiz yığıldığı dolab rəfinə bənzəyir. Kimin hansı məqsəd üçün alındığı, nə vaxt istifadə olunacağı bəlli deyil. Bu qədər legioneri olan komandanın doğru-düzgün lideri yoxdu. Elvin Camalov məndən inciməsin, mən onda belə mürəkkəb heyətə malik komandada liderlik edəcək, çətin məqamlarda komanda yoldaşlarını arxasınca apara biləcək potensial görmürəm. Elə təcrübə də bunu göstərir. “Sabah” hesabda geri düşən kimi anarxiya başlayır, futbolçular toparlanmağa əziyyət çəkir. Məşqçi də texniki zonada cığallıq etməyə başlayır. Ümid edirəm ki, çox hörmətli klub rəhbərliyi gec olmadan vəziyyətə müdaxilə edəcək. “Sabah”ın dərdi var, ona əlac etmək lazımdı!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

9-09-2022, 18:0

"Turan Tovuz" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

29-06-2022, 12:0

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

Ölkə kuboku

9-12-2022, 17:0

Qərb derbisində "Turan Tovuz" qələbə qazandı - VİDEO

Premyer-liqa

24-01-2023, 11:0

“Turan Tovuz” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Premyer-liqa

19-02-2023, 19:0

"Turan Tovuz" səfərdə "Sabah"ı məğlub etdi - VİDEO

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 94
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə