"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

29.06.2022 12:09 510
Premyer-liqa
"Turan Tovuz" daha bir futbolçunun keçidini həll edib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sabah"a məxsus olan Veysəl Rzayev icarə əsasında Tovuz klubunda oynayacaq.

Onunla bir illik icarə müqaviləsi imzalanılıb.

Veysəl Rzayev 2019/20 mövsümündə "Turan Tovuz"un heyətində birinci divizionun qalibi olub.